Neandertallar haqqında yeni məlumat insanlara necə kömək edə bilər?

26-07-2020, 00:00           
Neandertallar haqqında yeni məlumat insanlara necə kömək edə bilər?
İnstitutun direktoru Svante Paabo bildirib ki, hazırda dəqiq olaraq neandertalların müasir insandan daha az ağrı hiss etdiyini demək mümkün deyil.

Almanyanın Maks Plank adına Təkamül Antropologiyası İnstitutunun alimləri müəyyən edib ki, neandertallar ağrı hiss etməyə məsul bir ion kanalını kodlayan xüsusi bir genə görə çox aşağı ağrı həddinə sahib olublar.

Sputnik Azərbaycan xəbər verir ki, genetiklərin araşdırması "Current Biology" adlı elmi jurnalda dərc edilib.

Elm adamları neandertalların genomunu araşdırıb və bu qədim insanların ağrı reseptorlarında natrium ion kanallarını kodlayan və bu hüceyrələri qeyri-adi həssas hala gətirən xüsusi bir genin SCN9A olduğunu aşkar ediblər. Bu genin müasir insana da miras qaldığı məlum olub.

Bu genə sahib olan insanlar olmayanlarla müqayisədə 7 faiz ağrı hissindən çox şikayət edir.

Araşdırmanın müəlliflrindən bir, İnstitutun direktoru Svante Paabo bildirib ki, hazırda dəqiq olaraq neandertalların müasir insandan daha az ağrı hiss etdiyini demək mümkün deyil. Ancaq bununla yanaşı əminliklə demək olar ki, onların ağrı reseptorlarında aktivləşmə aşağı həddə malik olub.

Xatırladaq ki, 2009-cu ildə professor Paabo neandertalların genomunu müəyyənləşdirməyə nail olub. Nəticədə müəyyən edilib ki, neandertallar müasir insana 2-4 faiz genomunu miras saxlayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.