Baş aşağı, qulaq tıxalı, göz yerdə, ətrafda da çoxlu barmağı yerində sakit durmayanlar...

26-07-2020, 14:43           
Baş aşağı, qulaq tıxalı, göz yerdə, ətrafda da çoxlu barmağı yerində sakit durmayanlar...
İstər cəbhədə, istər xaricdə, istərsə də ölkə daxilində baş verənlərə fikir verin, hər sahədə mina təmizləyənlərə bənzəyirik.
Birinci Tovuzda baş verənlərə gələk. "Bir dəli quyuya bir daş atdı, 100 ağıllı yığışdı, çıxarda bilmədi" misalı kimidir. Bir rus gedib bir video çəkdi, az qala ölkənin yarısı gedib arxasını Qaraqayaya çevirib şəkil çəkdirdi ki, "almısınızsa, biz burda nə gəzirik". Fikir verirsiniz, erməni tərəfi bizi nə qədər vaxt itkisinə uğratdı? Həm mətbuatı, həm də cəmiyyəti. Oysa ki, ona itirilən vaxta başqa işlər görmək olardı. Erməni tərəfi bir mina basdırdı, bütün ölkə, mətbuat onu zərərsizləşdirməklə məşğul oldu. Əksin etmək olmazdımı? Bal kimi də olardı, sadəcə biraz baş işlətmək lazım idi.
Başa düşürəm, Rusiya böyük dövlətdir, güclüdür, silahı var. Birincidən sonuncuya qədər deyir ki, erməni tərəfinin arxasında Rusiya var. Anladım, Rusiyaya gedib kəllə ata bilməzsən. Bu o demək deyil ki, əllərini yuxarı qaldırmalısan. Sivil yollara nə gəlib. Məmur, deputat rus dilində danışmağın üstünlüklərindən dəm vuranda, gedib iki gözünü bir deşiyindən çıxaracaqsan. Xəbəriniz var ki, Bakı şəhərindəki bir çox məktəblərdə bu il ibtidai siniflər üçün rus sektorunun sayı Azərbaycan sektorundan çoxdur? Dövlət olaraq da, cəmiyyət olaraq da, demirsiniz, rus pisdi, bəlalarımızın başında duran ölkədir? Sən dövlət olaraq rus sektorunun sayını azalt, cəmiyyət olaraq sən də uşağını rus sektoruna qoyma. Gəlib döyə-döyə uşağını rus sektoruna aparacaqlar? Dil bilmək yaxşı şeydir. Kim deyir ki, pis şeydir. Ölkədə kursdan çox nə var?
Ölkədə elə kəndlər var ki, orda kişi adına 18 yaşa qədər və 50 yaşdan yuxarılar var. O da, hər evdə biri. Hardadılar? Rusiyada işləməkdə. İş yerlərini aç, kəndlinin torpaqdan qazanmasını təmin elə, gör Rusiyaya gedənlərin faizi nə qədər aşağı düşəcək. Guya gedib qaz vurub qazan doldururlar ki? Taksi, meyvə tərəvəz, heyvandırlıq...
Qısası, bütün tuzları rusun əlinə payla, sonra da otur kart sıx...
Əvvələr varlılar, indi varlısına, kasıbna baxmır, hər kəs xaricdə təhsilə can atır. Səbəb uşaqlıq arzus deyil. Uşaq da, böyük də anlayır ki, ölkədə təhsil bərbad gündədir. Gedin gizli sorğu keçirin, bütün fənlərin, dekanların qiyməti var. Müəlliminə normal maaş ver, tələbəsini pul gözündə yox, öyrənən gözündə görsün. Verə bilmədiyin təhsilin qiyməti elə bir həddədir ki, oxumaq istəyən o məbləğə gedib xaricə həm oxuyur, həm də gün görür. Ölkədən həm beyin gedir, həm də pul. Sual çıxır, xaricdə təhsil alan tələbələrin neçə faizinə xarici xüsusi xidmət orqanları yaxınlaşır və onların neçə faizi ələ keçir? Bir bununla maraqlanan olub?
Xaricdə baş verənlərə baxanda açıq-aydın göründü ki, Diaspora fəaliyyəti sıfır. Diaspora işi ilə məşğul olan bir neçə nəfərin səsinə qulaq asdım. Hamısı deyir, bizim diasporamız yoxdur. Yəni, özləri də etiraf edir. Bilmirdiniz ki, öz ətrafınızı başınıza yığıb, şəkil çəkdirib, restoranda fırlatdığınız pulu "yuyanda" belə olacaq? Dövlət indi bir-bir o diaspora sədrlərinin boğazına çökməlidir. Ortada işin yoxdur, o pulları doğ! Dağacaq, doğuzduracaqsan! Birinci də, keçmiş və indiki Diaspora Komitəsinin sədrlərindən başlamaq şərti ilə.
Məsələ çox sadədir əslində. Elə də, belə də qabaqlayıcı tədbirlərini görməlisən. Görməyəcəksənsə, başını aşağı salıb, qulağını tıxayıb, çubuqla minanı təmizləməklə məşğul olacaqsan. Baş aşağı, qulaq tıxalı, göz yerdə, ətrafda da çoxlu barmağı yerində sakit durmayanlar...
Səxavət Məmməd
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.