Test nəticələrində Agentlik xəta edib, insanlar isə TƏBİB-in sədrini İTTİHAM EDİR – Rəsmi AÇIQLAMA

27-07-2020, 10:03           
Test nəticələrində Agentlik xəta edib, insanlar isə TƏBİB-in sədrini İTTİHAM EDİR – Rəsmi AÇIQLAMA
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi məlumat yayaraq, 25 və 26 iyul tarixlərində its.gov.az portalından vətəndaşlara koronavirus testinin nəticələri haqqında göndərilən məlumatda texniki xəta oluğunu, buna görə üzr istənildiyini bəyan edib.

Amma buna baxmayaraq, sosial şəbəkə istifadəçiləri bu məsələdə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”ni (TƏBİB) ittiham edirlər. Bir çoxları isə hətta bir az da irəli gedərək TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlının təhqir edirlər.

Məsələ ilə bağlı İTSDA-nın mətbuat katibi Aynurə Əhmədova Modern.az-a bildirib ki, ötən gün yayılan məlumatlarda hər şey dəqiqliyilə açıqlanıb:

“Bir daha xatırladırıq ki, 25 və 26 iyul tarixlərində its.gov.az portalından vətəndaşlara koronavirus testinin nəticələri haqqında göndərilən məlumatda texniki xəta ilə əlaqədar yanlışlıq olub. Qeyd edilən tarixlərdə its.gov.az portalından SMS-lə mesaj alan şəxslərdən rica edirik ki, testin nəticəsini nəzərə almasınlar. 27 iyuldan, yəni bu gündən başlayaq test nəticələri ilə bağlı vətəndaşlara yeni SMS-lər göndəriləcək. Bir daha sistemdə baş verən texniki xətaya görə üzr istəyirik”.

TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva məsələ ilə bağlı Modern.az-a deyib ki, məsələ birbaşa İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə aiddir:

“Ona görə də Agentlik üzr istəyib. TƏBİB-in tətbiqində hər hansı problem olmayıb. Problem Agentlik tərəfindən göndərilən SMS-lərdə olub”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.