Ermənistanda əsgər anasının səs yazısı yayıldı — Paşinyan ifşa oldu (VİDEO)
27-07-2020, 11:21
Tovuz istiqamətində gedən döyüşlərdə Ermənistanın çoxsaylı itkilər verməsinin daha bir dəlili ortaya çıxıb.
Hit.Az-ın verdiyi xəbərə görə, sosial şəbəkələrdə ölən əsgərlərdən birinin anasının səs yazısı yayılıb.
Səs yazısından məlum olur ki, oğlunun ölüm faktı anadan gizlədilib, amma onun israrlarından sonra meyiti ona təhvil veriblər və bu haqda susmağı əmr ediblər.
Həmin səs yazısını təqdim edirik:
"Arik can, yazıq erməni qadınları, biz bədbəxt xalqıq. Mən Narekimi tapana qədər... Öz Narekimi tapdım... Mən nələri yaşamadım? Postlara getməyə icazə vermirdilər. Mən ağlayırdım, yalvarırdım ki, oğlumun cəsədini götürməyim üçün məni buraxın. Oğullarının meyitlərini götürməyə gələn burada mənim kimi çox sayda qadın var. Amma orada onlar ölənlərin adlarını gizlədirlər. Mən uzun müddət ağladım, yalvardım ki, mən onun öldüyünü bilirəm, mənə xəbər veriblər. Nəhayət mənə övladımın meyitini o şərtlə verdilər ki, mən bu barədə heç kimə danışmayım. Bax belə, mən onu evə gətirdim. Amma heç onu adət-ənənə ilə basdırmağa imkan da vermədilər. Elə bil o, döyüşdə yox, haradasa, kənarda ölüb. Onlar valideynlərə çox qəddar davranırlar, bəs tanrı haradadır? Onlar hamısı yağlı, qırmızı sifətli alçaqdırlar, rütbələrini itirməyə qorxurlar. Artıq səbir edə bilmirik, biz oğullarımızı itirmişik, indi də onların meyitlərini bizə vermirlər."