“Kislota”da yandırılan jurnalistdən sonra bu dəfə də casus qalmaqalı: Şahzadə hədəfdə

7-08-2020, 10:46           
“Kislota”da yandırılan jurnalistdən sonra bu dəfə də casus qalmaqalı: Şahzadə hədəfdə
Səudiyyə Ərəbistanının təhlükəsizlik xidmətinin sabiq əməkdaşı vəliəhd şahzadə Məhəmməd ben Salmanı onu öldürmək cəhdində ittiham edib.

Cebhe.info xəbər verir ki, sabiq casus hadisənin 2018-ci ildə Kanadada baş verdiyini bildirib.

Sabiq casus Saad əl-Cabri bildirib ki, əmr onun ölkəni tərk etməsindən bir il sonra verilib. Bu, jurnalist Camal Qaşıqçının Türkiyədəki Səudiyyə Konsulluğundan qəfil yoxa çıxmasından bir həftə sonraya təsadüf edir. Rəsmi əl-Riyadın ünvanına kəskin tənqidləri ilə tanınan jurnalistin ölümündə ümumilikdə 1 nəfərin adı çəkilir. Onlardan 5 nəfəri edama məhkum edilib.

Jurnalistin Konsulluqda öldürülərək cəsədinin”kislota”da yandırıldığı bildirilir.

Əl-Cəbrinin məlumatıma görə, onda da şahzadə əleyinə kifayət qədər məlumatlar var. Bu faktlar şahzadəni ABŞ hakimiyyətinin də gözündən sala bilər və ona olan etimadı kəskin azaldar. Bura siyasi intriqalar, korrupsiya və muzdluların saxlanması da daxildir. Əvvəlcə şahzadə və onun ətrafı casusa təzyiq göstərməyə cəhd edib, onun Səudiyyəyə dönüşünü təmin etməyə çalışıb. Ancaq buna müvəffəq olmadıqda Kanadaya onu öldürmək üçün killer göndərilib. Ancaq killeri Kanada sərhədçiləri saxlayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.