Dünya ölkələri "taclı virus" ilə mübarizdə hansı güzəştləri tətbiq edib? - BİZİM ARAŞDIRMA

7-08-2020, 16:12           
Dünya ölkələri "taclı virus" ilə mübarizdə hansı güzəştləri tətbiq edib? -
2019-cu ilin dekabr ayında Çinin Uhan şəhərindən yayılmağa başlayan yeni növ koronavirus (COVID-19) bir çox sahələrlə yanaşı dünya iqtisadiyyatına da ciddi təsir göstərdi.

Bu səbəbdən böyük şirkətlər çöküşə yuvarlandı, insanların dolanışıq səviyyəsi aşağı düşdü, həyat öz axarını dəyişdi. Mövcud vəziyyətin qarşısının alınması məqsədi ilə dövlətlər bir sıra tədbirlər həyata keçirməyə məcbur oldular.

Maraqlıdır, dövlətlər əhali üçün hansı güzəştləri həyata keçirdi?

Cebhe.info budəfəki araşdırmasında dövlətlərin yardım proqramları ilə oxucularını tanış edəcək.

ABŞ: Burada koronavirusa qarşı görülən iqtisadi tədbirlər çərçivəsində 1,2 trilyon dollarlıq yardım planı hazırlanıb.
Plana aşağıdakılar daxildir:
-Vətəndaşlara 1000 dollar yardım;
-Kiçik və orta şirkətlərə 200-300 milyard dollar dəstək;
-Hava yolu şirkətlərinə 50-100 milyard dollar dəstək;
-500 milyard dollar vergi endirimi.
Kanada: Baş nazir Castin Trüdo COVID-19 epidemiyasının mənfi təsir etdiyi işçilər və sahibkarlara birbaşa dəstəyi nəzərdə tutan və 27 milyard dollar dəyərində paket imzalayıb. 55 milyard dollarlıq digər bir paket isə vergi güzəştləri ilə bağlı qəbul olunub. C.Trüdo deyib ki, ümumi dəyəri 82 milyard dollar olan bu paket Kanadanın ümumdaxili məhsulunun 3%-nə barabərdir. Tədbirlər sırasında həm də durğunluq zamanı işçilərin əməkhaqqının ödənilməsinə yardım etmək üçün kiçik sahibkarlara subsidiyası verilməsi də var. Bir çox kanadalı isə 2020-ci ilin avqust ayına qədər gəlir vergisi ödəməyəcək.
Fransa: Fransanın maliyyə naziri Bruno Le Mer hökumətin 49 milyard dollarlıq yardım paketi elan edib. Paketə daxildir:
-Sosial təhlükəsizlik vergi endirimləri;
-İşləməməyə məcbur edilən insanlar üçün işsizlik müavinəti;
-Biznesmen və sahibkarlara yardım fondu.
Bundan başqa nazir Le Mer, müəssisələrə kömək üçün 327 milyard dollaradək bank kreditlərinə zəmanət verəcəklərini də söyləyib.
Təşviq paketinə əsasən, dövlət bəzi şirkətləri də satın ala bilər. Bundan başqa lazım gəldikdə əhali təbii qaz, elektrik enerjisi və kirayə ödənişlərdən azad olunacaq.
İtaliya: Çindən sonra virusun ən çox yayıldığı ölkə İtaliyadır. Bu ölkə də iki hissədən ibarət 28 milyard dollarlıq bir plan hazırlayıb. Yardım paketində kiçik və orta sahibkarlığa kreditlər verən fondun yaradılması, xüsusilə virusun ziyan vurduğu şirkətlərə maliyyə yardımları, işləməməyə məcbur vətəndaşlar üçünsə maliyyə köməkliyi nəzərdə tutulur.
Almaniya: Koronavirusa qarşı böyük bir investisiya paketi təqdim edən ölkələrdən biridir. Paketin həcmi təxminən 550 milyard avrodur. Qaydalara əsasən, kredit bütün şirkətlərə ölçüsündən asılı olmayaraq veriləcək.
Paketə daxildir:
-Vergidə endirimlər olacaq;
-İşdən çıxarılmaların qarşısını almaq üçün kompensasiya ödəniləcək;
-Dövlət və ya dövlət idarələrinin çətinlikdə olan şirkətlərin hissələri satın alınacaq;
-Dövlət sərmayələri artırılacaq.
İngiltərə: Baş nazir Boris Conson tərəfindən koronavirus virusunun yayılması ilə əlaqədar İngiltərə hökuməti üçün yeni tədbirlər paketi elan edildi.
-İş elan edilən tədbirlər paketi ilə bağlanan işçilərin maaşlarının 80 faizi hökumət tərəfindən ödəniləcəkdir.
-İngiltərə hökuməti də iqtisadiyyata 350 milyard funt sterlinq dəyərində bir investisiya paketi hazırlayıb.
Paketə daxildir:
- Hökumət böyük şirkətlərin səhmlərini satın alacaq, beləliklə də, nağd ödənişlər təmin ediləcək;
- Kiçik və orta müəssisələrə 5 milyon funt sterlinq, altı ay faizsiz kredit veriləcək;
-2020-ci ildə turizm və xidmət sektoruna tətbiq olunan vergilər qaldırılacaq və bununla da bu sektorda çalışan təxminən 6 milyon insanın təhlükəsizliyi təmin ediləcək;
-Ölkənin ən kiçik 700 min firmasına 10 min sterlinq vəsait bağışlanacaq;
-İpoteka ödənişləri üç ay müddətinə dayandırılacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.