Smartfonun köməyi ilə otağa quraşdırılmış gizli kameranın tapılmasının yolları açıqlandı

6-09-2020, 09:35           
Smartfonun köməyi ilə otağa quraşdırılmış gizli kameranın tapılmasının yolları açıqlandı
Gizli kameralar adətən əlçatmaz yerlərdə olur. Bununla belə, onu tamamilə görünməyəcək şəkildə quraşdırmaq mümkün deyil.

“Praym”ın məlumatına görə, bu barədə “Sinerqiya” Universitetinin rəqəmsal iqtisadiyyat departamentinin direktoru Roman Soldatenkov bildirib.

Onun sözlərinə görə, cihazı smartfonun videokamera və fənərindən istifadə etməklə tapmaq mümkündür.

“Videokameranı və fənəri yandırdıqdan sonra otaqdakı işığı söndürməlisiniz və mərhələli olaraq onu dolaşmağa başlamalısınız. Tavan sahələrini yoxlamaq, elektrik yuvalarının yaxınlığındakı bütün divarların yanından keçmək vacibdir”, - deyə ekspert izah edib.

Mütəxəssis bildirib ki, əgər smartfonda quraşdırılmış fənər yoxdursa, onda portativ olanını tapmalı və cihazın üzərindəki kamera ilə eyni istiqamətdə işıqlandırmalısınız:

“Otaqda gizli bir kamera varsa, onda smartfonun ekranında parıltı görünəcək”.

Soldatenkov yalnız çəkiliş aparmaqla kifayətlənməyən, həm də məlumat ötürən kameraları da unutmamağı tövsiyə edib.

Onun sözlərinə görə, bu zaman məlumatlar başqa məkanda olan qurğuda saxlanıla bilər:

“Bu vəziyyətdə elektromaqnit sahələrini qeyd edən mobil tətbiqetmələrdən istifadə edə bilərsiniz”.

Soldatenkov video kameranın tapılacağı halda həmin yerin şəklini çəkməyi, ətrafda heç bir şeyə toxunmamağı və sonra hüquq-mühafizə orqanlarının əməkdaşlarıni çağırmağı tövsiyə edib.

“Onlar gizli cihazı kimin və hansı məqsədlə qurduğunu anlamanıza kömək etməlidirlər. Kameranı hotel nömrəsində tapsanız və administratora məlumat versəniz, cihaz çıxarılacaq, sizdən üzrxahlıq ediləcək, ancaq problem həll olunmayacaq. Ola bilsin ki, oxşar cihazlar digər nömrələrdə olsun”, - deyə ekspert fikrini tamamlayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.