“Sevgilisi yuxudan oyatdığı üçün 56 nəfəri öldürüb” – "Uiryonq qətliamı" haqqında DƏHŞƏTLİ FAKTLAR
6-09-2020, 13:12
2011-ci ildə Norveçdə baş verən terror aktlarından sonra dünyada yaşanan ikinci böyük qətliam Cənubi Koreyada olub. “Uiryonq qətliamı” adlandırılan bu hadisə bir polis məmuru tərəfindən həyata keçirilib.
27 yaşlı polis Voo Bum-Kon 1982-ci ilin aprel ayında bir gecədə 56 nəfəri öldürüb, 37 nəfəri isə yaralayıb.
Qətliamın baş vermə səbəbi isə olduqca qəribədir ...
Şayiələrə görə, Voo səhər vaxtı sevgilisi ilə dalaşıb. Davanın səbəbi isə bu olub ki, sevgilisi onu erkən vaxtı yuxudan oyadıb. Belə ki, sevgilisi rəfiqəsi ilə birlikdə evdə olan milçəkləri qovmağa çalışarkən səs-küyə Voo yuxudan ayılıb. Buna hirslənən Voo sevgilisi ilə dalaşaraq evdən çıxıb. Bir neçə saat sonra evə sərxoş vəziyyətdə gələn polis əvvəlcə sevgilisini daha sonra onun rəfiqəsini döyüb. 27 yaşlı gənc polis qızları döydükdən sonra evdəki bütün əşyaları da sındırıb.
Evdən ayrılan Voo işlədiyi polis bölməsinə gələrək oradan törədəcəyi qətliam üçün müxtəlif silahlar oğurlayıb. Həmin günün axşamı saat 21:30 radələrində isə dəhşətli qətl hadisələrini törədib.
Əvvəlcə Voo yerli bir poçt şöbəsinə gedib və oradakı üç nəfəri öldürüb. Daha sonra kömək istəyənlərin qarşısını almaq üçün telefon tellərini kəsib və həmin adamları da güllələyib.
Poçt şöbəsindən çıxan polis daha sonra bir ərzaq dükanına əl bombası atıb və yoldan keçən 6 nəfəri güllələyərək öldürüb.
Voo, ətrafdakı qəsəbələri gəzərək böyük bir rahatlıqla insanları qətlə yetirməyə davam edib. O, istədiyi evə girərək insanları öldürüb.
Qətliama bu şəkildə davam edən Voo, axşam saat 22:30 radələrində bir uşağı girov götürüb. O, gənc oğlandan ona içki almasını xahiş edib. İçkini alan kimi həm oğlanı, həm də mağaza sahibini öldürüb.
1 saat içərisəndə 18 nəfəri öldürən polis, gecənin geri qalan hissəsində insanları evlərində yatdığı yerdə güllələyib.
Səhərə qədər qəsəbədə dolaşıb bir koreaylı agenti axtardığını deyərək insanları aldadıb öldürən gənc polis bir bağ evində gizlənib. Qətliamın şübhəlisi kimi axtarılan Voo gizləndiyi evdə mühasirəyə alınıb. O, təslim olmamaq üçün yanında girov götürdüyü gənc ailə ilə birlikdə evi partladıb. Özündən geriyə isə 56 cəsəd qalıb. Bu hadisədən sonra ölkənin daxili işlər naziri istefa verib.
Bu dəhşətli hadisə tarixdə “Uiryonq qətliamı” kimi qalıb.
Turan Oruc
Musavat.com