Haqqında cinayət işi açılan rusiyalı jurnalist yenidən Xankəndinə qayıtdı

30-10-2020, 10:31           
Haqqında cinayət işi açılan rusiyalı jurnalist yenidən Xankəndinə qayıtdı
Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən haqqında cinayət işi açılan 1985-ci il təvəllüdlü Rusiya Federasiyasının vətəndaşı, “WarGonzo” layihəsinin yaradıcısı Semyon Peqov yenidən işğal edilən Xankəndi şəhərinə qayıdıb.

KONKRET.az xəbər verir ki, bu haqda o, özünün Facebook səhifəsində canlı yayımı zamanı deyib.

Peqov hazırda Xankəndi şəhərinə gəldiyini, ətrafda atəş səsləri eşidildiyini istifadəçilərinə çatdırır.

Qeyd edək ki, Peqov Ermənistanda müəyyən şəxslərlə cinayət əlaqəsinə girərək qanunsuz şəkildə Azərbaycanın işğal altında olan yaşayış məntəqələrinə gəlir.


O, həmin ərazilərdə çəkilişlər edir, terrorçu silahlı qruplaşmanın üzvlərindən müsahibələr alır, bu barədə müəllifi olduğu internet resurslarında çoxsaylı videogörüntülər paylaşır.

Jurnalist Rusiya Federasiyasının vətəndaşlarına səslənərək Ermənistan Respublikasına kömək məqsədilə döyüş əməliyyatlarının aparıldığı bölgəyə gəlmələrinə açıq çağırışlar edir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.