“Ermənilər darmadağın olmaq ərəfəsindədirlər” - Xüsusi xidmət polkovniki
30-10-2020, 17:30
Donetsk separatçılarının keçmiş liderlərindən biri, 2014-cü ildə qondarma “Donetsk Xalq Respublikası”nın keçmiş müdafiə naziri İqor Strelkov Qarabağda döyüş meydanında baş verənləri şərh edib.
Rusiya Federal Təhlükəsizlik Xidmətinin keçmiş komandiri Ermənistan ordusunun Qarabağ döyüşlərindəki taktikasını sərt tənqid edib. Onun fikrincə, məğlubiyyətin ağırlığı komandanlığın bütün əraziləri nəzarətdə saxlamaq niyyətindən qaynaqlanıb.
“Heç kəs tarixdən nəticə çıxarmır. Hərb tarixindən də həmçinin. Qeyd etməliyəm ki, ermənilər 1939-cu ildə Polşa ordusunun buraxdığı səhvləti təkrar edir”- deyə Strelkov söyləyib.
Modern.az xəbər verir ki, o, Ermənistan ordusunun səhvlətini qısaca təqdim edib.
"- ermənilər 30 il əvvəli qələbənin təsiri altında sayca onlardan qat-qat çox olan rəqibi zəif gördü, öz qüvvələrini isə olduğundan artıq gücdə təsəvvür etdi;
- öz strategiyalarını nüfuzlu himayədarına (Rusiya) və öz “döyüş ruhunun yüksəkliyinə” əsasən qurdular;
- son 25 ildə dünya hərb sənəti və hərbi texnika sahəsindəki qlobal dəyişiklikləri gözardı etdilər;
- bundan öncəki bəndlərə əsaslanaraq, bütün döyüş mövqelərini müdafiə etməyə çalışdılar (Prussiya hökmdarı Böyük Fridrix “hər şeyini müdafiə etməyə çalışan, heç nəyini müdafiə edə bilməyəcək” demişdi);
- malik olduqları qüvvələr üçün çox geniş olan cəbhə xəttində müdafiə olunurdular. Ermənilər müdafiə və rəqibin mümkün zərbələrinə qarşı ehtiyat müdafiə xətləri yaratmadılar;
- çox vacib döyüş istiqamətində ağır taktiki məğlubiyyət və müdafiə xəttinin dərin yarılması ilə üzləşdikdən sonra strateji önəmi olmayan ərazilərdə şiddətlə müdafiə olunmağa, əsas istiqamətləri qorumaq yerinə “əldə qalan torpaqların bacardıqca çox hissəsini qorumaq” yolu seçdilər.
Bu çox qısa analizdir. Ermənistan komadanlığının səhvlərinə görə, indi əsəgrə və zabitlər ağır itkilər verir, ordu isə tam darmadağın olmaq ərəfəsindədir".