Peskov dedi ki, Qarabağda başçı yoxdur, amma Araik rus qoşun komandanını “bayrağı” altında qəbul etdi

5-12-2020, 10:35           
Peskov dedi ki, Qarabağda başçı yoxdur, amma Araik rus qoşun komandanını “bayrağı” altında qəbul etdi
Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən barəsində cinayət içi qaldırılaraq axtarış elan edilsə də, hələ də Qarabağdakı separatçı-terrorçu erməni rejiminin tör-töküntülərinin başında duran Araik Arutyunyan cümə günü -dekabrın 4-də Rusiya Silahlı Qüvvələrinin mühəndis qoşunlarının komandanı general-leytenant Yuri Stavitski ilə qondarma terrorçu xuntanın “əski parçası” altında görüşüb.

Moderator.az xəbər verir ki, bu barədə Arutyunyan “Facebook” səhifəsində yazıb.


Separatçı erməni Rusiya Silahlı Qüvvələrinin mühəndis qoşunlarının komandanı ilə “Qarabağın təhlükəsizliyini müzakirə edib”. İclasda digər cinayətkar -separatçı rejim “təhlükəsizlik şurası”nın katibi Vitali Balasanyan və digərləri də iştirak edib...


P.S. Xatırladaq ki, elə dünən -dekabrın 4-də Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov keçirdiyi brifinqdə jurnalistlərin “Orada başçı kimdir” sualına cavab olaraq deyib:“Orada başçı yoxdur, orada iki münaqişə tərəfi var - Azərbaycan və Ermənistan...”

Sultan Laçın












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.