Oqtay Şahbazovun vəzifədən azad edilməsinin SƏBƏBİ BİLİNDİ

26-01-2021, 17:45           
Oqtay Şahbazovun vəzifədən azad edilməsinin SƏBƏBİ BİLİNDİ
Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad edilmiş sabiq nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Namiq oğlu Quluzadə Prezidentin İşlər müdiri təyin edilib.

Bu təyinata qədər Prezidentin İşlər müdiri Energetika naziri Pərviz Şahbazovun atası Oqtay Şahbazov idi.

Prezident ayrıca Oqtay Şahbazovun Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri vəzifəsindən azad edilməsi ilə bağlı da sərəncam imzalayıb.

Sfera.az bildirir ki, O.Şahbazovun yaşı ilə bağlı olaraq vəzifədən azad edildiyi təxmin edilir. Belə ki, onun bu il 80 yaşı tamam olacaq.

Oqtay Şahbazov kimdir?

O.Şahbazov 1941-ci il noyabrın 1-də İrəvan şəhərində anadan olub.

Orta məktəbi bitirdikdən sonra əmək fəaliyyətini 7 nömrəli Bakı Dövlət diyircəkli yastıq zavodunda cilalayıcı fəhlə kimi başlayıb. 1959-1964-cü illərdə Azərbaycan Xarici Dillər Pedaqoji institutunda oxuyub, Azərbaycan və Alman dili müəllimi ixtisasına yiyələnib.

Əmək fəaliyyətini 126 nömrəli orta məktəbın alman dili müəllimi kimi davam etdirib, sonra uzun illər S.M.Kirov adına Ali Xəzər Hərbi-dəniz Məktəbinin Xarici dillər kafedrasının alman dili müəllimi işləyib.

1980-ci ildən Azərbaycan SSR Nazirlər Sovetinin İşlər İdarəsində müxtəlif rəhbər vəzifələrində işləyib, 1990-ci ildə Azərbaycan KP MK-nin İşlər müdiri vəzifəsinə təyin olunub. 1991-ci ildə XII çağırış Azərbaycan Respublikası Ali Sovetinin deputatı seçilib.

Fəal və səmərəli işinə görə Azərbaycan Respublikası Ali Sovetinin Fəxri fərmanı ilə təltif olunub.

1991-ci ildən Azərbaycan Respublikası Prezidentinin İşlər müdirinin birinci müavini, 2016-ci ildən indiyə kimi Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri vəzifəsində çalışıb.

O. Şahbazov "Şöhrət" ordeni (2011-ci ildə) və "Əməkdar dövlət qulluqçusu" (2015-ci ildə) Fəxri adı ilə təltif edilib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.