1-ci Şah Abbas ,Osmanlı imperiyası ,bəstəkar Motsart ...və "bir abbasi"

27-01-2021, 11:13           
1-ci Şah Abbas ,Osmanlı imperiyası ,bəstəkar Motsart ...və "bir abbasi"
Teref.az xəbər verir ki, bu gün Şah İsmail Xətaidən sonra itirilmiş qüdrətini Osmanl Türkiyəsi ilə Səfəvilərin ənənəvi taktikasından – "yandırılmış torpaq" taktikasını işlətməklə Azərbaycan torpaqlarını geri alan, 16 yaşında taxta oturan 42 il Səfəvi dövlətini idarə etmiş 5-ci hökmdarı I Şah Abbas"Böyük Abbas"ın doğum günüdür.
Şah I Abbas tərəfindən Qəndəhar bölgəsi Moğollardan, Hörmüz isə Portu­qaliyadan geri alınır, 1624-cü ildə isə Bağdadın Qızılbaş ordusu tərəfindən ələ keçirilməsi ilə Səfəvi imperiyasının keçmiş sərhədləri bərpa edilir .O,hətda "Ərəb İraqını" da öz əlində saxlamağa nail olmuşdu!!
Şah Abbas Azərbaycan türkcəsinə də, önəm verirdi və sarayda türk (Azərbaycan) dilində danışmaq məcburi və zəruri idi

Ümumiyyətlə, Şah Abbasın xalq arasında populyarlığı o qədər yüksək olub ki, o, Azərbaycan nağıl və dastanlarının daimi qəhrəmanına çevrilmişdir Elə dünənə qədər sovet dövründəki 20 qəpiyə xalq arasında "bir abbasi"deyimi yaddaşlardan düşünürəm ki ,silinməyib ...

Bu gün həm də Osmanlı imperiyasının əsasının qoyulduğu ,yarandığı gündür Xatırladaq ki .bu dövlətin qurucusu bəzi mənbələrə görə oğuzların qayı boyundan olan Osman bəy (əsl adı Ottoman T.az) olub !

Bəzi tarixçilərə görə isə Osmanlı dövlətinin qurucusu Osman Bəyin atası Ərtuğrul Qazidir Bizans imperiyasını süquta uğradan Osmanlı türk imperiyası türklərin tarixi nüfuz dairəsi baxımından ən böyük nailiyyəti olub, ən geniş ərazini əhatə edib . 623 il davam edən bu böyük imperiya Aralıq dənizi və Qara dənizi əhatə edən Asiya, Avropa və Afrika qitələrində yüz illər boyu hökm sürüb.

Daha bir doğum günü isə Osmanlının topları Vyananın qapılarını döyəcləyəndə, türklərin Avropada heyranlıq yaratdıqları illərdə Mehtər marşından ilhamlanaraq məşhur (şərhdə qulaq asın ) "Türk marşı"nı yazan Volfqanq Amadey Motsarta məxsusdur ... Və çox maraqlıdır ki ,Motsartın qəbri yoxdur və olmayıb "Mədəni" Avsriya onun ölüsünü umumi məzarlıqda basdırdıqdan sonra üstünə əhəng töküblər ...((və məzar yoxa çıxıb ..
Baba Allahnezerov
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.