Tacın himayəsindəki dəniz quldurları: Hansı sularda "at oynadırlar"?

28-01-2021, 09:50           
Tacın himayəsindəki dəniz quldurları:
Kütləvi informasiya vasitələrində yayılmış məlumata əsasən, 2021-ci ilin yanvarın 23-də Nigeriya sahillərində üzən Türkiyənin "Boden denizcilik” şirkətinə məxsus "Mozart" adlı gəmiyə dəniz quldurları tərəfindən hücum edilib.

Baş prokurorluqdan verilən məlumata görə, ilkin araşdırma nəticəsində müəyyən edilib ki, 19 nəfər gəmi heyəti üzvündən 15-i girov götürülüb, 1 nəfər isə öldürülüb. Öldürülən şəxsin Azərbaycan Respublikasının vətəndaşı, 1976-cı il təvəllüdlü, gəmidə 2-ci mühəndis vəzifəsində çalışan Fərman Əli oğlu İsmayılov olduğu müəyyən edilib:

"Faktla bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılaraq zəruri istintaq əməliyyat tədbirləri həyata keçirilir. Hazırda ölkəmizin Xarici İşlər Nazirliyi, habelə xarici ölkələrin aidiyyəti qurumları ilə intensiv danışıqlar aparılmaqla, qeyd olunan cinayət işi üzrə Türkiyə, Qabon və Liberiyanın səlahiyyətli orqanlarına hüquqi yardım haqqında sorğular hazırlanır. Baş Prokurorluq tərəfindən təxirəsalınmadan Liberiyanın Baş Prokurorluğu ilə əlaqə yaradılıb və qarşı tərəf bu məsələnin araşdırılmasında Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə yaxından əməkdaşlıq etməyə hazır olduğunu bildirib".

Maraqlıdır, hazırda dünyanı hansı bölgələrində dəniz quldurları var? Hansı bölgələr gəmilər üçün təhlükəlidir?

Cebhe.info mövzu ilə bağlı araşdırmanı təqdim edir. Somali dəniz quldurlarına qarşı uzun müddət mübarizə ya aparmayıb, ya da onlara qarşı aparılan mübarizə bu piratların qanunsuz hərəkətlərini sona çatdırmaq üçün kifayət etməyib. Onların gəmiləri ələ keçirmək qaydası isə olduqca bəsit formada təşkil olunur. Belə ki, kiçik qayıqlara minən 10-15 nəfərdən ibarət quldur dəstələr Somali sahillərinə yaxın üzən bir gəmiyə (daha çox yük gəmilərinə üstünlük verirdilər) yaxınlaşır, əvvəlcə bir neçə əl havaya atəş açırlar. Gəmi onların bu atəşinə cavab olaraq dayanmalıdır, əgər dayanmırsa, bu zaman quldurlar daha ağır silahlarla birbaşa gəmiyə atəş açır və kiçik qayıqlarını gəmiyə yaxınlaşdıraraq filmlərdə də gördüyümüz kimi ona ip ataraq bu yolla gəmiyə doluşurlar. Bundan sonrakı mərhələdə gəmi kapitanı və gəminin digər bütün şəxsi heyəti sərnişinlərlə birlikdə əsir götürülür və gəmi Somalinin sahillərində gizli yerlərdən birinə sürülüb aparılır və orada həftələrlə bəzən aylarla saxlanılır.

Daha sonra isə gəminin aid olduğu şirkətdən, habelə gəmidə yaxın qohumları olan zəngin insanlardan yüksək miqdarda pul tələb olunur. Əslində baş verənlərdən Somali hakimiyyət orqanlarının da sözsüz ki, xəbəri var, lakin onlar belə bu dəniz quldurlarına qarşı lazımı şəkildə mübarizə aparmırlar. Hökumət bu məsələdə ölkədəki anarxiyanı bəhanə edərək qeyri-dəqiqlik nümayiş etdirir. Çünki böyük ehtimalla dəniz quldurları gəmilərin və sərnişinlərin geri qaytarılması zamanı əldə etdikləri yüksək məbləğdə pulların bir hissəsini rüşvət qismində hakimiyyət orqanlarına verir və bununla da rahat qanunsuz fəaliyyətlərini həyata keçirmək şans əldə etmiş olurlar. Ötən ilin birinci rübündə dünyada dəniz quldurluğu hadisələrinin 45%-i Qvineya körfəzində baş verib.

Belə ki, ötən ilin avqust ayında Qvineya körfəzində dəniz quldurları balıqçı gəmisini qaçırıblar. Bu barədə dəniz təhlükəsizliyi sahəsində məlumatlar üzrə ixtisaslaşan "Dryad Global” portalı məlumat yayıb.

Məlumata görə, hücum Lome limanından (Toqo) 95 dəniz mili cənubda baş verib. Dəniz quldurları "AP-703” gəmisinin göyərtəsinə qalxaraq onu qaçırıblar. Qeyd edilir ki, şimalda Seneqaldan cənubda Anqolaya qədər uzanan Qvineya körfəzi son vaxtlar dəniz quldurlarının hücumları baxımından dünyanın ən təhlükəli bölgəsinə çevrilib. Məlumatlara görə, dəniz quldurlarının yarısından çoxu Britaniya tacının himayəsi altında əməliyyat aparır, həm də İspaniya, Fransa, Niderland və bəzi Latın Amerikası ölkələri bu praktikadan istifadə edir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.