82 min erməni Rusiya vətəndaşlığını qəbul etdi – Ətraflı

3-02-2021, 16:33           
82 min erməni Rusiya vətəndaşlığını qəbul etdi – Ətraflı
Son 3 ildə 82 min Ermənistan vətəndaşı Rusiya pasportu alaraq vətəndaşlığını dəyişib.

Bizim.Media “news.am”a istinadən xəbər verir ki, illərə görə bölgü aparanda Rusiya vətəndaşlığına qaçan ermənilərin sayı dəyişir.

Belə ki, 2018-ci ildə 27 min, 2019-cu ildə isə 24 min erməni Rusiya pasportuna yiyələnib.

Ermənistana qayıtmaq istəməyənlərin çoxu isə, 2020-ci ildə qeydə alınıb. 44 günlük savaşda İrəvan Azərbaycanın “Dəmir Yumruğunu” dadandan sonra Ermənistandan ermənilərin köçü daha da sıx xarakter almağa başlayıb.

2020-ci ildə 31 min erməni öz “şəxsiyyət vəsiqələri”ni Rusiya pasportuna dəyişib. Keçən il pandemiya mane olduğundan 2021-ci ilin fevral ayından bu proses daha da sürətlnib.

İndi ölkəni tərk edənlərin sayı daha da çoxdur. Tək fevral ayında 100 minə yaxın erməninin Ermənistanı tərk edəcəyi proqnozlaşdırılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru