Avtomobilimizi soyuq və şaxtalı havalara necə hazırlayaq?

4-02-2021, 08:52           
Avtomobilimizi soyuq və şaxtalı havalara necə hazırlayaq?
Havaların soyuması ilə əlaqədar olaraq avtomobillərin müəyyən hissələrini yoxlatdırmaq lazımdır. Çünki bəzi detallar payız-qış aylarında sürücülər üçün çətinlik yarada bilər. Öncə avtomobilin yay təkərləri qış təkərləri ilə əvəzlənməlidir. Qış şinləri havanın temperaturunun 7 dərəcədən aşağı düşdüyü, qarlı-şaxtalı bölgələrdə avtomobilin hərəkətini asanlaşdırır. Lakin hava şəraitinə və sürücünün ehtiyaclarına görə qış şinləri arasında da doğru seçim edilməlidir.

Avtomobil ustası Vüqar İmanov Moderator.az-a bu haqda məlumat verib.

“Qış təkərləri bir neçə sinfə bölünür. Rayon yerlərində, sıx qarlı olan ərazilərdə iynəli qış təkəri olmalıdır. İynəli təkər olmasa avtomobilin qarlı havada hərəkəti çətinləşəcək. Ələxsus da bu ötürmələr qutusu avtomat olan avtomobillərə aiddir. Şəhər içərisində isə əsas su yara bilən təkərlərdən, yəni akvapanelimdən istifadə etmək lazımdır. Bu təkərlərin su yarma qabiliyyəti çox güclüdür. Ona görə də istənilən gölməçələrin, su yığıntılarının üstündən çox asanlıqla keçə bilir” deyə usta bildirib.

Bundan başqa, avtomobilin qışa hazırlığında antifriz sistemi, işıqlar və süşəsilənlərə də nəzarət edilməlidir.

“Soyutma sisteminin qış aylarında sürücülər əyləşib avtomobili idarə etdikdə peçin soyuq şəkildə işlədiyini görür və bundan sonra ustaya müraciət edir. Amma ustaya öncədən müraciət olunmalıdır. Əvvəlcədən soyutma sisteminin mayesinin tərkibi yoxlanılmalıdır. Bildiyiniz kimi yay aylarından uzun müddət keçdikdə mayenin tərkibi dəyişir və effektivliyini itirir. Bu isə qışda, ümumiyyətlə soyuq aylarda mayenin donmasına səbəb olur. Soyutma sistemində termostata baxmaq lazımdır. Avtomobilin qışa hazırlığında önəmli aksesuarlardan biri də avtomobilin şüşə silənləridir. Şüşəsilənlərin rezinləri normal şəkildə olmalıdır ki, şüşələr yağışlı havalarda təmiz silinsin, yol aydın görünsün. Bundan başqa şüşə silənin də qış ayı üçün xüsusi mayesi olur. Buna nəzarət edilməlidir ki, o donmasın” deyə Vüqar İmanov bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.