“Xırdalanda az qala hər sot torpağa bir mənzil düşür”
5-02-2021, 07:19
“Nəqliyyatın hərəkətinin tənzimlənməsinə niyə vahid yanaşma yoxdu? Bakıda BNA məsuldur bu işə - öz funksiyasını nə dərəcədə keyfiyyətli yerinə yetirməsi ayrı mövzudur. Ən azından bilinir ki, məsul qurum budur, kimsə qanunsuzluqla, problemlə üzləşəndə ona müracitət edir, ya da ondan şikayət edir. Bir sözlə, məsuliyyətin ünvanı bəllidir. 250 min nəfər əhalisi olan Xırdalanda fəlakətdir”.
Pravda.az-ın xəbərinə görə, bunu ekspert Rövşən Ağayev deyib.
R.Ağayev bildirib ki, məskunlaşma ərazisinin eni təxminən 3 km olan bu adı şəhər, özü kəndin cəmi bir mərkəzi küçəsi var: “Ərazini tam ortadan ikiyə bölən bu yolun da eninə hətta 4 maşın belə güclə sığır. Piyada səkiləri, avtobuslar üçün yoldan kənar dayanacaqlar olmadığı üçün hətta avtobuslar belə sərnişinləri yolun hərəkət zolağında mindirib-düşürür. Amma ən fəlakətlisi də bu deyil: avtobusların yolun içərisində olan dayanacaqlarını taksilər zəbt edir, nəticədə avtobuslar daha bir hərəkət zolağını avtomobillərin əlindən almış olur. Bir axın istiqamətində 2 zolaq var, onun da birini taksilər, o birini avtobuslar zəbt eləd. Bəs biz haradan keçək? Nəticədə səhərlər artıq dərslərin başladığı vaxtda prospekst adlandırılan, amma standartına görə kənd yollarına uyğun gələn mərkəzi küçədə uzun tıxaclar yaranır. BNA-nı orda əvəzləyən qurum da yoxdur ki, ən azından şikayət yazaq. Heç olmazsa, dayanacaqlara nəzarət kameraları quraşdırılsın ki, taksilər avtobus dayanacaqlarını zəbt eləməsinlər. Məsələn, 20-30 metr qarşıda dayanasalar da, müştərilər onların xidmətindən istifadə edəcəklər. Yeri gəlmişkən, eni 3 km olan şəhər adlanan yaşayış məntəqəsində ən azından 400-500 metr ara ilə bir-birinə paralel küçələr olmalıdır ki, bütün maşınların aıxını nəticədə 1 küçəyə yönəlib tıxaclar yaratmasınlar. Xırdalanda artıq bu mümkün deyil, elə sıx məskunlaşma aparılıb ki, az qala hər sot torpağa bir mənzil düşür. 12 və 16 mərtəbəli binaların sayı isə çox sürətlə artır. Mənə maraqlıdır ki, hökumət eni 3 km, uzunluğu maksimum 6 km olan bu əraziyə, özü də yol infrastrukturu olmayan əraziyə nə qədər insanı yerləşdirməyi planlayır? Bu fəlakətə dur deyən tapılacaq, ya hələ də nə qədər gec deyil Xırdalandan köçüb qaçmaq lazımdır?