Minlərlə şagirdə bir tibb bacısı: Bakı məktəblərində tibb xidmət bundan ibarətdir

5-02-2021, 22:27           
Minlərlə şagirdə bir tibb bacısı:
Məktəblərdə ibtidai siniflər ilk əyani tədris həftəsini başa vurdular.

Verilən məlumata görə, paytaxtın ümumi təhsil müəssisələrində əyani formada dərslərə davamiyyət 93 faiz təşkil edir. Ötən müddət ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki (BŞTİ) ümumi təhsil müəssisələri üzrə 5 müəllim və 1 məktəbəhazırlıq qrupuna cəlb olunan uşaqda koronavirus infeksiyası (COVİD-19) aşkar olunub. 9 şagird, 2 müəllim, 1 məktəb psixoloqu, 1 laborant, 1 nəfər təlim-tərbiyə işləri üzrə direktor müavini isə koronavirus xəstəsi ilə təmasda olduğu üçün özünütəcrid rejiminə keçib.

Bəs məktəblərdə olan tibbi müayinə məntəqələrinin hazırki vəziyyəti ürəkaçandırmı?

Bu barədə Cebhe.info-ya açıqlamasında tibb sahəsi üzrə ekspert, həkim-terapevt Rasif Bağırov bildirib ki, xüsusən indiki dövrdə bütün məktəblərdə gücləndirilmiş tibb personalı olmalıdır:

“Əgər məktəblərdə uşaqlara tibbi xidmət ancaq bir tibb bacısından ibarətdirsə, xüsusilə pandemiyada dövründə bu, heç də normal vəziyyət deyil. Uşaqlar bizim gələcəyimizdir. Məktəblərdə kifayət qədər gücləndirilmiş personal olmalıdır ki, uşaqların daim tempraturu ölçülsün, onlarla tez-tez maraqlansın. O qədər uşağa bir tibb bacısı nə edəcək? Bu səbəbdən bu barədə müəyyən addımlar atılmaldıır”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.