Alpinistlər çılpaq şəkildə niyə qaçıblar? – 9 nəfərin öldüyü "Dyatlov keçidi" hadisəsinin 60 illik sirri çözüldü FOTOLAR
6-02-2021, 18:46
Elm adamları, qar canavarından yadplanetlilərə və gizli hərbi təcrübələrə qədər çox sayda sui-qəsd nəzəriyyəsinin irəli sürüldüyü "Dyatlov keçidi" hadisəsi haqqında bir açıqlama verib.
Tarixdə sirrini qoruyan bir çox hadisə var. Bunlardan biri Dyatlov aşırımında baş verən fəlakətdir. 2 fevral 1959-cu ildə alpinizm klubunun 10 üzvündən ibarət bir qrup Ural dağlarına 3 həftəlik bir yürüyüşə çıxıb. Qrup Ural dağlarının şimalında bir ekspedisiya edib. Ancaq səyahət fəlakətlə bitib. Hadisə nəticəsində komandadakı insanların cansız bədənləri tapılıb. Ancaq niyə öldükləri müəyyən edilməyib. Bu da qaranlıq sui-qəsd nəzəriyyələrinə səbəb olub.
60 il əvvəl Dyatlov aşırımında nə baş verdi?
1959-cu ildə Sovet İttifaqının Sverdlovsk vilayətindəki Ural dağları boyunca xizək ekspedisiyası üçün bir qrup yaradılıb. 23 yaşlı radio mühəndisi olan İqor Dyatlov qrupun lideri seçilib. Səkkiz kişi və iki qadından ibarət qrupun hər bir üzvü xizək turu təcrübəsi olan II dərəcəli yürüşçülər idi və geri qayıtdıqdan sonra III dərəcəli sertifikat alacaqdılar. O vaxt Sovet İttifaqında mövcud olan ən yüksək sertifikat bu idi və namizədlərdən 300 kilometri (190 mil) keçmək tələb olunurdu.
25 yanvar 1959-cu il səhərin erkən saatlarında Sverdlovsk vilayətinin şimal əyalətinin mərkəzində yerləşən şəhərə “İvdel” qatarı ilə gəlib, bir yük maşını ilə şimalda sonuncu yaşayış məntəqəsi olan Vişay kəndinə gediblər və burada gecələyiblər. Yanvarın 27-də Qora Otortenə doğru yola düşüblər. Yanvarın 28-də üzvlərdən biri bir neçə sağlamlıq xəstəliyindən (revmatizm və anadangəlmə ürək qüsuru da daxil olmaqla) əziyyət çəkən Yuri Yudin diz və oynaq ağrıları səbəbiylə ekspedisiyanı yarımçıq saxlayaraq geri dönüb. Doqquz nəfərdən ibarət qrup isə ekspedisiyaya davam edib.
Komanda göstərilən tarixdə geri dönmədikdə, axtarış və xilasetmə işləri başlayıb.
Axtarışlar zamanı 9 alpinistin cansız bədənləri tapılıb. Bəzilərinin ölüm səbəbi arxivlərdə "şiddət" olaraq qeyd edilib. Bəzi məlumatlarda qeyd olunur ki, alpinistlər çadırlarını tərk edərək çılpaq şəkildə qaçmağa çalışıblar.
Üstəlik hadisə yerində radiasiyanın da olduğu məlum olub.
Əslində ölümlərin dəqiq səbəbi o dövrdə bir çox səbəbdən, xüsusən texnoloji qurğuların çatışmazlığı səbəbindəb tapılmayıb. Bu vəziyyət müxtəlif iddiaların irəli sürülməsinə səbəb olub. Qar canavarlarından yadplanetlilərə qədər bir çox şeydən bəhs edilib.
Alimlər 60 il sonra Dyatlov aşırımında baş verənləri izah edə bilib. İsveçrə Federal Texnologiya İnstitutunun (EPFL) alimlərinin dediklərinə görə, ölümlərin səbəbi nadir təbəqə uçqunu kimi göstərilir.
Alimlər 60 il sonra Dyatlov aşırımında baş verənləri izah edə bilib. İsveçrə Federal Texnologiya İnstitutunun (EPFL) alimlərinin dediklərinə görə, ölümlərin səbəbi nadir təbəqə uçqunu kimi göstərilir.
Alimlər qar sürtünməsini və yerli topoqrafiya məlumatlarını araşdıraraq yeni dəlillər təqdim ediblər. Beləliklə, kiçik bir təbəqə uçqununun arxada az iz qoyaraq yüngül bir meyldə baş verə biləcəyi görülüb. Bu da Dyatlov hadisəsi baş verən gecə qar yağmasa da, qar uçqunun gecə necə baş verə biləcəyini ortaya qoyub. Kompüter simulyasiyaları da hesab edir ki, uçqun dağlarda müşahidə olunanlara bənzər yaralanmalara səbəb ola bilər.
Araşdırmalara görə, alpinistlər sui-qəsd nəzəriyyələrində olduğu kimi yadplanetlilərdən və qar canavarlarından deyil, uçqundan qaçmağa çalışıblar.
Beləliklə, 60 illik sirrin gizlinləri aydınlığa çıxıb.
Son olaraq hadisə zamanı həyatını itirən alpinistlərin adlarını da təqdim edirik.
1. Yuri Krivonişenko (13 yanvar 1936)
2.Yuri Doroşenkoy (29 yanvar 1938)
3.Zinaida Kolmoqorov (12 yanvar 1937)
4.Rüstəm Slobodin (7 fevral 1935)
5.Aleksandr Zolotaryov (2 fevral 1921)
6.Aleksandr Kolevatov (16 noyabr 1934)
7.Lyudmila Dubinina (12 may 1938)
8.Nikolay Vladimiroviç (5 iyun 1935)
9.İqor Dyatlov (13 yanvar 1936)
Qeyd edək ki, bu hadisə haqqında 2013-cü ildə Finlandiyalı rejisor Renni Harlin tərəfindən “Dyatlov aşırımı hadisəsi” adlı film çəkilib.
Turan Oruc
Musavat.com