Ildə 17 milyard dollar qazanan “çinli Eskobar” necə ələ keçdi... ONLARLA ÖLKƏNİN BİRGƏ XÜSUSİ ƏMƏLİYYATI
7-02-2021, 14:51
Bir neçə gün əvvəl, yanvarın sonlarında beynəlxalq narkomafiyanın başçısı, narkotiklərdən ildə 17 milyard dollar qazanan çin əsilli Kanada vətəndaşı Se Çi Lop Amsterdam hava limanında saxlanılıb. Niderland polisi tərəfindən həbs olunan “metamfetaminlər kralı” və “çinli Eskobar” adlandırılan Se Çi Lopun həbsi ondan artıq ölkənin xüsusi xidmət orqanlarının çoxillik zəhmətinin bəhrəsi olub
Rusiyanın "Lenta.ru" saytı asiyalı narkobaronun milyardlara necə sahib olmasını, iri narkosindikat yaratmasını və sonda dəmir barmaqlıqlar arxasına düşməsi tarixçəsini ətraflı araşdırıb.
Dünyanın ən məşhur narkobaronları kolumbiyalı narkotik qaçaqçısı Pablo Eskobar və meksikalı Xoakin Qusman olub. P.Eskobar 15 il boyunca Medellin kartelinə başçılıq edib. 1990-cı illərin əvvəlində onun gəliri 30 milyard dolları ötüb. Medellin karteli kokainin 80 faizdən çoxunun ABŞ-a çatdırmasına nəzarət edib. Eskobar 1993-cü ilin dekabrında Kolumbiya polisi və Amerika xüsusi xidmət orqanlarının birgə əməliyyatı nəticəsində öldürülüb.
Eskobarın ölümüdən sonra onun yerini “El Çapo” və “Gödəkboy” ləqəbli Qusman tutub. Yaxın vaxtlaradək Meksikadakı "Sinaloa" kartelinə başçılıq edib və ABŞ-s kokain və herainin daşınmasına rəhbərliyi həyata keçiriib. Bir neçə dəfə Meksika polisinin əlinə düşsə də, hər dəfə qaçmağa müvəffəq olub. Növbəti dəfə 2016-cıda həbs edilən Qusman ABŞ-a ekstradisiya olunaraq ömürlük cəza alıb.
Hazırda planetin hər bir yanında peyk antenalarının və xüsusi xidmət orqanlarının nəzarətinin güclü olduğu bir dövrdə iri narkokartellər yaradıb Eskobarın və Qusmanın “müvəffəqiyyət”lərini təkrarlamaq mümkün deyil. Amma real həyatda hər şey başqa cür görünür. Təbii ki, əgər söhbət milyardlardan, çox böyük məbləğlərdən və geniş əlaqələrdən gedirsə. Görünən odur ki, sadə çinli Se Çi Lop keçmiş kolleqalarının “müvəffəqiyyət”ini təkrarlamağa qərar verib.
Latın Amerikasının məşhur narkobaronlarından fərqli olaraq 57 yaşlı Se Çi Lopanın həyatı haqda çox şey məlum deyil. Bilinən odur ki, Çinin Quandun vilayələtində anadan olub, mədəni inqilablar dövründə böyüyüb,sonradan "Dasyuan" cinayətkar qruplaşmasına daxil olub.
Se Çi Lop köməkçiləriylə birgə əvvəl Honkonqa, 1988-ci ildə isə Kanadaya köçərək vətəndaşlıq alıb. O, cinayətkar mühitdə əlaqələrini genişləndirməyi bacarıb. Narkotik qaçaqmalçılığında üst səviyyəyə qalxıb, Taylanddan, Myanmadan və Laosdan heroin daşınmasına rəhbərlik edib.
Cəmi bircə dəfə - 1998-ci ildə də ABŞ polisinin əlinə düşüb. Nyu-York məhkəməsinin qərarına əsasən, heroin qaçaqmalçılığında ittiham olunub. Onu ömürlük həbs cəzası gözləsə də, məhkəmə ailə vəziyyətini, xəstə valideynlərini, 12 yaşlı ağciyər xəstəsi olan oğlunu nəzərə alaraq güzəştə gedib. Se Çi Lop məhkəmədə azad olunduqdan sonra düzələcəyinə və restoran biznesi ilə məşğul olacağına söz verib. Məhkəmə protokollarında qeyd edilib ki, Se Çi Lop elan olunmuş ittihamla özünü təqsirli bilib və əməlindən peşmançılıq çəkir. Nəticədə 2000-ci ildə Se cəmi doqquz il həbs cəzası ilə canını qurtara bilib və 2006-cı ildə vaxtından əvvəl azadlığa buraxılıb.
Həbsdən çıxan, lakin dörd il polis nəzarətində olan Se Çi Lop Kanadaya üz tutub. Onun Asiyaya nə zaman qayıtması dəqiq məlum deyil. Lakin 2011-cidə arvadı ilə birgə Honkonqda firma açıb. Se Çi Lopun cinayətkar fəaliyyətə həbsdən azad olduqdan dərhal sonra başlaması istisna edilmir. Belə ki, "çinli Eskobar" qısa müddətdə kriminal dünyanın "qızıl üçbucağın"da əlaqələrini qaydaya sala bilib.
Çinli Eskobar narkotik qaçaqmalçılığına yeniliklər də gətirib, qeyri-adi biznes modeli tətbiq edib. Əgər polis malı müsadirə edərsə, alıcı növbəti narkotik vasitəni pulsuz əldə edir, yaxud girovu qaytarır.
Həmin illərdə Se Çi Lopun ailəsi kənardan orta gəlirlə dolanan sıradan çinli ailəsi kimi görünsə də, sonradan pullar sel kimi axmağa başlayıb. Hər ad günündə çinli Eskobar istirahət məkanlarındakı beşulduzlu otellərdə özünə dəbdəbəli mərasimlər, gecə əyləncələri keçirib, pulları saga-sola səpib. Gecə əyləncələrinə dostları, qohumları şəxsi təyyarələrdə gəlib-gedib. Se həm də kazinoların daimi sakini olub. Hətta bir gecənin içərisində Makaoda 60 milyon avro uduzduğu vaxtlar da olub.
Bundan əlavə "çinli Eskobar" özünə çox yaxşı mühafizəsi sistemi də qurub. Həm evində, həm də səfərlərdə olarkən səkkiz nəfərdən ibarət peşəkar kikboksçularla əhatə edilib.
2011-ci ildə Avstraliya federal polisi Melbrunda heroin qaçaqmalçılığı ilə məşğul olan qrupu aşkarlayıb. Qrup üzvləri az sayda olduqlarından hüquq mühafizə orqanları onları həbs etməməyi qərara alıblar. Qrup üzvlərinin vasitəsilə narkokartelin arxasında dayananlara çıxmağa çalışıblar. Həmin şəxslərin hər birinin telefonları dinlənilib, əlaqələri yoxlanılıb.
Melburna qədər gəlib çıxan, lakin polis tərəfindən ardıcıl olaraq ələ keçən “mal”ı çinli narkobaron öz biznes modelinə uyğun olaraq "kompensasiya" etdiyinə görə avstraliyalılar daim ona müraciət ediblər. İki il keçdikdən sonra Honkonqdakı bosslar nəhayət məsələnin nə yerdə olduğunu anlayıblar. Çünki Avstraliyadan başqa digər yerlərdə malın çatdırılmasında heç bir problem yaranmayıb. Bu səbəbdən də Melburndakı narkotik ticarətinin başçısını Honkonqa çağırıblar. Onun hərəkət trayektoriyasını yerli polislər müşahidə ediblər və Se Çi Lopa ilə görüşdüyünü öyrəniblər.
Çinli Eskobarın izinə düşən polislər araşdırma zamanı Avstraliyaya daşınan heroinin və ekstazinin başında məhz onun dayandığı qənaətinə gəliblər. Ancaq narkosindikatın böyük bir hissəsinə başçılıq edən Se Çi Lop bir neçə il kölgədə qala bilib. Təəsüf ki, cinayətkar şəbəkə bütün cənub-şərqi Asiyaya yayıldıqdan sonra polislər bunu aşkar edib.
2016-cı ilin noyabrında Myanmanın ən böyük şəhəri olan Yanqon hava limanında tayvand vətəndaşı olan Çxay Yen Çe saxlanılıb. Üzərində iki mobil telefon və dizayner çantası olan Çxay saxlanılmasına əsəbləşib. Axtarış-əməliyyat tədbirləri zamanı onun üzərindən iki bükülüdə tibbi əməliyyat zamanı istifadə olunan narkotik preparat aşkarlanıb. Çxay polisləri inandırmağa çalışıb ki, guya həmin preparatlar güllər üçün lazımdır və dostunun atasının sifarişidir. Onun ilkin ifadəsi polisləri qane etməyib və Çxay həbs olunub. Növbəti gün isə yerli narkotik vasitələrlə mübarizə idarəsinin əməkdaşlarından biri onu tanıyıb. Məlum olub ki, taylandlının Myanmada saxlanılmasına “navodka” ABŞ tərəfindən verilib.
Saxlanılan şəxs narkotik istifadəçisi olduğundan qolları pis vəziyyətdə olub. Taylandlı ifadə verməkdən imtina edib. Onun telefonundan “mal”ı itirmiş qaçaqmalçıların işgəncə videoları tapılıb. Narkotik qaçaqmalçılarına verilən bədən cəzaları Çin triadalarının simvollarının fonunda həyata keçirilib. Bu cür "ibrətli"videolar qruplaşma üzvlərinə təqdim edilir və xəyanət edəcəkləri təqdirdə aqibətlərinin belə olacağı gözlənilir.
Bir sözlə, Çxayın özü yox, mobil telefonları “danışıb". Telefonlarda sosial şəbəkə yazışmaları, çoxlu sayda şəkillər və videolar olub. Polis əməkdaşları hətta taylandlının telefonlarını "xəzinələr mağarası" adlandırıblar. Məhz onun telefonun vasitəsilə Myanmaya çatdırılmalı olan heroinin izinə düşüblər və yerli narkotik alverçilərini həbs ediblər.
Nəhayət, şəkillərdən birində Se Çi Lopanı görən Avstraliya polisləri onu tanıyıblar. Həmçinin, taylandlının telefonunda Çinə, Yaponiyaya və Yeni Zelandiyaya daşınan külli miqdarda heroinin yaxalanması ilə bağlı şəkillər də aşkarlanıb.
Bundan sonra məlum olub ki, müxtəlif asiya qruplaşmalarının nəzarətində olan narkotik qaçaqmalçılığının arxasında tək bir qruplaşma dayanır. Həmin narkosindikatının üzvlərindən biri də məhz Çxay olub.
ABŞ, Kanada, Çin, Yaponiya və Avstraliya da başda olmaqla on ölkənin təxminən 20 müxtəlif qurumları asiya narkosindikatının fəaliyyətini araşdırılmaqla məşğul olub. Avstraliya tərəfi “Kunqur” adlı əməliyyata başçılıq edib.
2019-cu ilə müstəntiqlər böyük ehtimalla Se Çi Lopun ən böyük narkosindikatın lideri olduğu qənaətinə gəliblər.
Məlum olub ki, narkosindikat Asiyanın ən məşhur beş cinayətkar qruplaşmasını özündə birləşdirə bilib. Pul axını o qədər böyük olub ki, hətta cinayətkar qruplaşmalar arasındakı uzun illərdən bəri davam edən qanlı rəqabətlər belə təxirə salınıb.
Narkosindikat üzvləri öz aralarında bu şəbəkəni sadəcə "şirkət" adlandırıblar. “Şirkət” millətlərarası korporasiya prinsipi üzrə işləyib. Liderləri əsasən Kanada, Honkonq, Makao, Tayvan, Malayziya, Myanma, Vyetnam Çin vətəndaşları olub. Narkosindikat “mallar”ın çatdırılmalarını qaydaya salıb, yerli cinayətkar qruplaşmalarla əməkdaşlıq edib.
Çxayın telefonundakı məlumatlara əsasən, narkotiklərin idxalında qayıqlardan da istifadə olunduğu üzə çıxıb. Sən demə “mal”ın daşınmasında yükün dənizdə bir yerdən başqa yerə ötürülməsində kiçik balıqçı qayıqlarının da böyük rolu olub. Myanmanın neytral sularında üzən “narkotik baza”larına yaxınlaşan katerlər yan alıb “mal”ı bir yerdən başqa yerə daşıyıblar. Məhz belə bir sxem Avstraliya narkotik qaçaqmalçılığında istifadə olunub.
Narkosindikat tonlarla heroini, metamfetamini Yaponiyadan tutmuş Yeni Zelandiyaya qədər çatdırıb. BMT-nin hesablamalarına görə 2018-ci il ərzində gəlir 17,7 milyard dollar təşkil edib.
Son illər ərzində hüquq mühafizə orqanlarının əməkdaşları Kambocada, Myanmada və Taylandda çoxlu sayda reydlər keçirib, tonlarla narkotik vasitə aşkarlayıb. Amma bununla belə narkosindikat öz fəaliyyətini davam etdirib.
Bir neçə ölkənin xüsusi xidmət orqanlarının Asiya narkosindikatına qalib gəlməsi indiyə qədər mümkün olmayıb. Se Çi Lopaya gəlincə isə onun barəsində 2019-cu ildə Avstraliyada axtarış elan edilib. Nəhayət, narkokartelin başçısı çinli Eskabor bu yanvarın 22-də Amsterdamın Sxipxol hava limanında saxlanılıb.
Göründüyü kimi çinli Eskobar bu illər ərzində azadlıqda qalmağa müvəffəq olub. Onun azadlıqda qala bilməsi özü də əslində bir anlaşılmazlıqdır. Hazırda Se Çi Lopanın Avstraliyaya ekstradisiyası və hakim önünə çıxarılması gözlənilir./Anaxeber.info/
Hazırladı: İnarə Rafiqqızı
Virtualaz.org