Polislər Kaplanova 36 güllə vurublar

8-02-2021, 00:07           
Polislər Kaplanova 36 güllə vurublar
Novokuli kəndinin keçmiş başçısının qətli Dağıstanın rəhbəri tərəfindən nəzarətə götürülüb

Dağıstan hökuməti, polis şöbəsində öldürülən Novokuli kəndinin keçmiş başçısı Abakar Kaplanovun həmkəndliləri olan iki Çevik Polisi Qüvvəsinin əməkdaşları tərəfindən uzun müddət davam edən düşmənçilik zəmnində öldürüldüyünü təsdiqləyib. Bu barədə AYNA “RİA Novosti”yə istinadən bildirir.

Məlumata görə, qətlin istintaqı Dağıstan rəhbəri vəzifəsini icra edən Sergey Melikov tərəfindən nəzarətə götürülüb.

Hadisəni Milli Qvardiyanın nümayəndəsi Valeri Qribakin də şərh edib. Onun sözlərinə görə, şöbə hadisənin şərtlərini tam və obyektiv nəzərdən keçirmək üçün hər cür səy göstərəcək. “Rosqvardiya” Şöbəsinin respublika üzrə rəhbəri Maqomed Baçilov hadisə yerinə gəlib.

Qeyd edək ki, Novokuli kəndinin keçmiş başçısı Maxaçqala Daxili İşlər Şöbəsinin Cinayət Axtarış Şöbəsi rəhbərinin kabinetində güllələnib. İlkin məlumatlara görə, qatillər Çevik Polis Qüvvələrinin polisi olub. Onlar Kaplanova 36 güllə vurublar.

Hadisənin səbəbi olaraq, torpaq mübahisəsi göstərilir. Bu versiya respublikanın Daxili İşlər Nazirliyi tərəfindən təsdiqlənib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru