İçdiyiniz çayın saxta olmasını belə bilmək olur - ÜSUL

8-02-2021, 01:03           
İçdiyiniz çayın saxta olmasını belə bilmək olur - ÜSUL
Çayın saxta olub-olmadığını necə anlamaq olar? Bu mümkündürmü?

Teref.az “saglamolun.az”a istinadən bildirir ki, türk mütəxəssis Osman Baykal saxta çayı aşkarlamağın ən səmərəli yolunu açıqlayıb.

Onun sözlərinə görə soyuq suyun içərisinə bir miqdar quru çay atdıqda, su dərhal qırmızı rəngə boyanırsa, bu çayın insan sağlamlığı üçün təhlükəli olduğunu göstərir.

O qeyd edib ki, bəzi firmalar çayı daha keyfiyyətli göstərmək üçün ona qida boyası əlavə edir. Ancaq ən təhlükəlisi çayda istifadə edilən kimyəvi maddələrdir. Bu cür saxta çaylar insanın səhhətinə ciddi ziyan vurur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.