Kişilərin sırğa taxması

8-02-2021, 08:12           
Kişilərin sırğa taxması
Türk törəsində yayğın bir gələnək olub. Heyf ki indi yoxdur. Deməli əski çağlarda, İslamdan öncə, nəslin davamı üçün kiçik oğlun qulağına tək sırğa taxılardı.
Sonbeşik olduğu üçün döyüş zamanı komandan qulağında sırğanı görüb onu çətin tapşırığa göndərməz, digər yoldaşları da var gücüylə onu qoruyardı. Digər qardaş(ları) döyüşdə ölsə də, o, sağ qalıb nəsli davam etdirsin.
Əyər orduda bir deyil, hər iki qulağında sırğa olan gəncə rastlanardısa, bu, həmin gəncin təkcə ailəsinin deyil, ümumilikdə mənsub olduğu soyun, nəslin yeganə oğul nümayəndəsi olduğunu bəlli edərdi. Belə gənclər soyun davam etdirilməsi üçün özəlliklə ciddi şəkildə qorunardı. Bu adət bir qədər fərqli şəkildə Azərbaycanda da mövcud olmuşdur. A.Mustafayev “Azərbaycanın maddi mədəniyyət tarixi” adlı əsərində yazır: “Azərbaycanın bir sıra bölgələrində əziz-xələf oğlan uşaqlarının qulağının bir tayına “heydəri” sırğa taxmaq adəti yaxın keçmişədək davam etmişdir”. Ümumiyyətlə Azərbaycanda sırğadan istifadə olunmasının tarixi çox əski çağlara dayanır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.