Koronavirus bitməmiş yeni virus yayılır?

9-02-2021, 00:53           
Koronavirus bitməmiş yeni virus yayılır?
Dünya koronavirusla mübarizə apararkən Tanzaniyada yeni virus ortaya çıxıb. NTV xəbər verir ki, ölkədə naməlum xəstəlik səbəbindən 15 nəfər həyatını itirib.

Ürəkbulanma və başgicəllənmə ilə müşayiət olunan xəstəliyə yoluxanların vəziyyəti qəfil pisləşir və qan qusaraq ölürlər.

Ölkənin qərbində Mbeya şəhərində 50 nəfər xəstəxanaya yerləşdirilib.

Tanzaniyalı həkimlər xəstəliyin səbəbini hələ müəyyənləşdirə bilməyiblər. Ancaq yoluxanların çoxu mədə xorası və ya qaraciyər xəstəliyi olanlardır.

Tanzaniya Səhiyyə Nazirliyi bölgəyə araşdırma qrupu göndərib. Mbeya bölgəsində 2018-ci ildə oxşar şikayətlərə görə bir çox insanın xəstəxanaya yerləşdirildiyi bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru