Sürücü 90-lıq yolda 84-lə radara düşdü: müəmmalı protokol - FOTO - VİDEO

9-02-2021, 11:18           
Sürücü 90-lıq yolda 84-lə radara düşdü: müəmmalı protokol - FOTO - VİDEO
Qayda pozmayan sürücü radara düşməsi ilə bağlı redaksiyamıza müraciət edib. Avtosfer.az xəbər verir ki, 90-JT-471 dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü dekabrın 24-ü Ağsu-Ağdaş yolunun 181-ci kilometrliyində maksimum icazə verilən sürət həddi 90 km/saat olan yerdə 84 km/saat sürətlə hərəkət edərkən "İnzibati Xətalar Məcəlləsi"nin 328.2 maddəsi ilə 50 manat məbləğində cərimələnib. Sürücünün hərəkət etdiyi istiqamətdə 90 km/saat sürəti bildirən nişanın olmasına baxmayaraq, protokolda həmin yerdə icazə verilən maksimum sürət həddinin 60 km/saat olduğu qeyd olunub.

Yazılan protokolun əsassız olduğunu iddia edən sürücü Dövlət Yol Polisi İdarəsinin rəhbərliyindən həmin protokolun ləğv olunmasını xahiş edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru