Müharibə zamanı hərbi texnika Şuşaya hansı formada çıxarılıb? - AÇIQLAMA

9-02-2021, 11:37           
Müharibə zamanı hərbi texnika Şuşaya hansı formada çıxarılıb? - AÇIQLAMA
“Şuşa şəhərinin işğaldan azad olunmasına və qələbəyə aparan çətin ərazidən və düşmənin gözləmədiyi istiqamətdən, mühəndis qoşunları tərəfindən çəkilən dar, təhlükəli və keçilməsinə böyük peşəkarlıq tələb edən dağ-meşə yolundan müvəffəqiyyətlə keçən özüyeriyən və reaktiv qurğular, yerinə yetirdiyi fasiləsiz, dəqiq və sərrast atəş tapşırıqları ilə hücum edən bölmələrimizin atəş dəstəyini təmin etmişdi”.

Bunu Azərbaycan Ordusunun Raket və Artilleriya Qoşunlarının komandanı, general-mayor Ağamir Sultanov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, əməliyyat taktiki raket və reaktiv artilleriya divizionları kimi uzaqmənzilli raket sistemlərinin dəqiq atışları ilə düşmənin əməliyyat planları pozuldu və məğlubiyyətinə səbəb oldu.

(Report)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru