Avtomobil alıb-satanların nəzərinə: Qiymətlər DƏYİŞƏ BİLƏR

10-02-2021, 02:06           
Avtomobil alıb-satanların nəzərinə: Qiymətlər DƏYİŞƏ BİLƏR
Karantin rejiminin yumşalması, il dəyişməsi, manat üzərindəki neqativ təsirlərin tədricən aradan qalxması kimi amillər avtomobil bazarına müsbət təsirlərini göstərib.

Teref.az xəbər verir ki, bu barədə əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı məlumat verib.

R.Osmanlı bildirib ki, alıcılıq qabiliyyətinin, müraciətlərin və buna nəzərən, bazarda aktiviliyin artımı müşahidə olunmaqdadır:

“Eyni zamanda, mövsüm olaraq avtomobil bazarı üçün aktiv bir dövr başlayır. Təbii ki, bu mövsümün həm idxala, həm də alıcılıq qabiliyyətinə müsbət təsirləri müşahidə olunur, yəni bu tendensiya hər il davam edir. Bundan əlavə, pandemiya dövründə ictimai nəqliyyatın fəaliyyətinin məhdudlaşdırılması Azərbaycanda avtomobilə olan marağı da qismən artırıb.

Bütün bu məsələlər avtomobil bazarında müsbət dinamikanın yaranmasına gətirib çıxarır. Hazırda qiymətlər barədə bir söz demək çətindir, ancaq aktivlik artığı halda qiymətlərə də müəyyən təsir göstərəcək”. / "Trend"












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru