Rusiyada dəhşət: Mirasa sahib olmaq üçün səkkiz yaşlı ögey qızının qətlini sifariş verdi - VİDEO
10-02-2021, 07:48
Tuvada bir qadının miras naminə səkkiz yaşlı qız uşağını öldürməsinin qarşısı alınıb.
“RİA Novosti” bunu Rusiya Daxili İşlər Nazirliyinin regional qərargahının mətbuat xidmətinə istinadən xəbər verib.
Bildirilir ki, qadın ölmüş ərinin iki mənzilinə sahib olmaq üçün bu niyyətə düşüb. O, 180 min rubla (təxminən, 4 109 AZN - red.) cinayəti həyata keçirəcək killer axtarıb. Cinayətin icraçısı rolunda Tuva Respublikası üzrə Cinayət Axtarış bölməsinin əməkdaşı iştirak edib.
Polislərin operativ müşayiəti ilə potensial killerin və cinayətin sifarişçisinin mənzildə görüşü baş tutub. Bir müddət sonra qadın avans kimi ona 10 min rubl (təxminən, 229 manat - red.) verib. Bundan əlavə, qadın cinayətkara azyaşlı qızın harada oxuduğu və yaşadığı barədə məlumat verib, uşağı avtobus dayanacağında dayandığı zaman göstərib, həmçinin cinayət aləti kimi elektroşoker verərək, qətl zamanı ondan istifadəni təklif edib.
Cinayətin həyata keçirdiyini göstərmək üçün “icraçı” sifarişçiyə saxta foto və qızın papağını göstərib.
61 yaşlı qadına “Cinayətə hazırlıq və təşəbbüs” və “Qətl” maddəsi ilə cinayət işi açılıb.