Vəzifədən uzaqlaşdırılan general - mayor Xəqani Cəbrayılovun milyonluq biznes SİYAHISI
10-02-2021, 16:58
Azərbaycan Ordusunun sabiq birlik komandiri general-mayor Xəqani Cəbrayılovun biznesinin siyahısı üzə çıxıb. Teref.az Demokrat.az-a istinadən xəbər verir ki, sabiq birlik komandirinin Sumqayıt və Xızı ərazilərində böyük fermaları, restoran və kafeləri fəaliyyət göstərir. Xəqani Cəbrayılovun bizə məlum olan biznes siyahısını oxuculara təqdim edirik: — Sumqayıt şəhərində restoran, kafe və marketləri; — Bakı-Quba yolunun Xızı rayonu ərazisindən keçən hissəsində restoran; — Xızı rayonunun Şorabad kəndi və Yaşma qəsəbəsi ərazilərində hektarlarla sahəni əhatə edən donuz ferması; — Xızı rayonunun Altıağac qəsəbəsi ərazisində torpaq sahələri və istirahət mərkəzi; — Xızı rayonu ərazisində heyvandarlıq təsərrüfatı. Xəqani Cəbrayılovun ölkə xaricində də biznesinin olduğu haqda məlumatlar var. Xatırladaq ki, bir neçə gün əvvəl Azərbaycan Ordusunun birlik komandirləri general-leytenant Rövşən Əkbərov və general-mayor Xəqani Cəbrayılov vəzifələrindən azad ediliblər. Bu barədə Müdafiə naziri, general-polkovnik Zakir Həsənov əmr imzalayıb. Onu da bildirək ki, Xəqani Cəbrayılov Orduda general-leytenant Rövşən Əkbərovun yaxın adamı kimi tanınır.