Ağdamın tanınmış ziyalısı milyonların hesabını soruşdu: "Hara xərclənib?​​"​​​​​-FOTO

17-02-2021, 17:28           
Ağdamın tanınmış ziyalısı milyonların hesabını soruşdu:
Ağdam rayonunun inzibati mərkəzi olan Quzanlıda qəsəbədaxili yollar baxımsız vəziyyətdədir. Qəsəbənin yalnız mərkəzi küçəsi asfaltlanıb.

Qəsəbədə Sovet dövründən qalma yollar yağış yağanda keçilməz olur. Sakinlər, qəsəbənin ziyalılar dəfələrlə bununla bağlı narazılığını bildirib. Lakin Quzanlının palçıqlı yollarına əncam çəkən yoxdur.

Qəsəbə sakini, aktiv sosial şəbəkə istifadəçisi Rafiq Əliyev özünün "Facebook" hesabında Quzanlının palçıqlı yollarının fotolarını paylaşıb.

"Şəkildə gördüyünüz 30 ilə yaxındır ki, Ağdam rayonunun mərkəzi olan Quzanlı qəsəbəsinin yollarıdır. Görəsən, ölkə prezidentinin bu işlərin görlüməsi üçün ayırdığı milyonlarla pul vəsasiti hara xərclənib?", - deyə R.Əliyev qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru