Koronavirusun daha bir növü aşkarlanıb – “B.1.525” adlanan yeni növə 10-a yaxın yoluxan var

19-02-2021, 08:19           
Koronavirusun daha bir növü aşkarlanıb –
Norveçdə koronavirusun mutasiyaya uğramış yeni növü aşkar edilib.

Bu barədə məlumatı “NRK” televiziya şirkəti məlumat yayıb.

Ötən gün ərzində “B.1.525” adlanan yeni növə 10-a yaxın yoluxma hadisəsi qeydə alınıb.

Norveç Səhiyyə İnstitutunun şöbə müdiri xanım Layn Vold bildirib ki, yeni ştammın yoluxucu olub-olmaması barədə yetərli məlumat yoxdur və yeni koronavirus müşahidə altında saxlanılacaq

Həkimlərin fikrincə, yeni ştammın koronavirusun Böyük Britaniya və Cənubi Afrika mutasiyaları ilə oxşarlığı var/Report.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.