Alimlər koronavirus immunitetinə dair kəşf ediblər

21-02-2021, 11:02           
Alimlər koronavirus immunitetinə dair kəşf ediblər
Bu tədqiqatın nəticələrinə istinad edən alimlər komandası ümid edir ki, cəmiyyətdə kollektiv immunitet formalaşacaq.

Koronavirusa yoluxub sağalan insanlarda COVID-19-a qarşı immunitet qalır. Sputnik Azərbaycan bildirir ki, Euronews-un məlumatına görə, bunu İnsbruk Tibb Universitetinin mütəxəssisləri kəşf ediblər.

Avstriyalı alimlər bir il əvvəl Avropada koronavirusa yoluxmanın episentrinə dönən İşgil dağ-xizək kurortunda böyük araşdırma aparıblar.

"Məlum oldu ki, ilkin tədqiqatda iştirak edən, sonra təkrar müayinəyə gələn insanların 90%-də anticisimlər qalıb. Eləcə də bizim hüceyrə immunitetini müayinə etdiyimiz adamların 70%-də də hüceyrə aktivliyi qorunub saxlanır", - tədqiqatın rəhbəri Vegener Borena deyib.

Bu tədqiqatın nəticələrinə istinad edən alimlər komandası ümid edir ki, cəmiyyətdə kollektiv immunitet formalaşacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru