Ermənistan prezidenti artıq "İngilis kraliçası" deyil?

27-02-2021, 01:28           
Ermənistan prezidenti artıq "İngilis kraliçası" deyil?
İndi Ermənistanın daxili siyasi həyatında yaranmış fors-major vəziyyətində prezident Armen Sarkisyan çox ciddi rıçaqlara və funksiyalara malikdir və onları təhlükəsiz şəkildə tətbiq edə bilər.

Virtualaz.org bildirir ki, bunu “Sputnik Ermənistan”a verdiyi müsahibədə son daxili siyasi hadisələri şərh edərkən politoloq Armen Baqdasaryan deyib.

"Prezident dövlət başçısıdır və buna görə xalq kritik anlarda ona müraciət edir. Əlbəttə ki, o baş nazir vəzifəsinə namizəd ola bilməz, ancaq qısa müddətdə keçid dövrü üçün dövlət başçısı rolunu öz üzərinə götürə və erkən demokratik seçkilərin qarantı ola bilər"- deyən politoloq vurğulayıb ki, Ermənistan əhalisinin əksəriyyəti hakimiyyət orqanlarına inanmır və Paşinyanın, komandasının təşkil edəcəyi seçkilərə etibar etməyəcək. Halbuki incaq indi şəffaf seçkilər Ermənistana hava və su kimi lazımdır.

"Armen Sarkisyan müvəqqəti rəhbər vəzifəsinə ən münasib namizəddir, çünki özü seçkilərə qatılmayacaq və heç bir siyasi qüvvənin təmsilçisi deyil", - politoloq xatırladıb.

Bununla yanaşı, nəşrin yazdığına görə, Ermənistan prezidenti hələlik Silahlı Qüvvələrin Baş Qərargah rəisi Onik Qasparyanın vəzifəsindən azad edilməsi barədə qərar imzalamağa tələsmir.

"Mən onu "İngilis kraliçası", yəni yalnız bir simvol hesab etmirəm. Düşünürəm ki, respublika prezidenti baş verənləri başa düşmək üçün bir neçə gün də gözləyəcək, sonra qərar qəbul edəcək", - deyə politoloq əminliklə vurğulayıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.