Ermənilərin əksəriyyəti Qarabağa qayıtmaq istəmir

3-03-2021, 06:14           
Ermənilərin əksəriyyəti Qarabağa qayıtmaq istəmir
Vaxtilə azərbaycanlı qonşularını yaxın buraxmayan bir çox Qarabağ ermənisi hazırda özləri qaçqın vəziyyətinə düşüblər.

“Vestnik Kavkaza” nəşri bildirir ki, 22 yanvar 2021-ci ildə BMT-nin sifarişi ilə aparılmış araşdırmaya əsasən, “qaçqın vəziyyəti”nə düşən erməni ailələrinin 85%-dən çoxu hazırda yaşadıqları yerlərdən köçmək istəmirlər.

Qalan 15% isə Qarabağın böyük şəhərlərinə (Xankəndi və Xocavənd) qayıtmağı, həmçinin Ermənistanın böyük şəhərlərinə köçməyi planlaşdırır. Eyni zamanda, erməni qaçqınların 60%-i üçün əsas qida mənbəyi birbaşa paylanan ərzaq məhsullarıdır.

Respondentlərin təxminən 43%-nin övladları, eləcə də onları qəbul edən ev sahiblərinin 40%-i münaqişənin nəticələrinə görə təhsil almaq imkanından məhrum olub.

Qaçqınların 73%-dən çoxu, eləcə də onları qəbul edən ev sahiblərinin 49%-i münaqişənin qida əldə etmək imkanlarını azaltdığını deyir. Qaçqın ailələrin təxminən 14%-i və onları qəbul edən ailələrin 11%-i həftədə azı bir dəfə ərzaq ala bilmir.

Xatırladaq ki, Rusiya Müdafiə Nazirliyinin təqdim etdiyi rəsmi statistikaya görə, 2021-ci il noyabrın 10-da imzalanan sülh razılaşması çərçivəsində Rusiya sülhməramlıları tərəfinən indiyədək 50 mindən çox erməni bölgəyə qayıdıb.

Sorğuda iştirak edənlərin təxminən 70%-i yaxın aylarda bölgəyə qayıtmağı düşünmədiyini bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.