Dövlət Gömrük Komitəsində yoxlamalar aparılır? – Səfər Mehdiyevdən AÇIQLAMA

4-03-2021, 15:24           
Dövlət Gömrük Komitəsində yoxlamalar aparılır? – Səfər Mehdiyevdən AÇIQLAMA
"Dövlət Gönrük Komitəsində (DGK) hər hansı yoxlamaların aparılması və 700 milyon manat kəsirin yaranması ilə bağlı yayılan məlumatlar tamamilə əsassız və yalandır".
Bunu Komitənin sədri Səfər Mehdiyev 2020-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş tədbirdə bildirib.

"DGK bu xəbərə sadəcə üzülüb. Bu cür yanlış məlumatları yayıb, komitənin fəaliyyətini gözdən salmaq istəyən insan və qüvvələr var. Bu, hansısa qüvvələrin və özünü “ekspert” adlandıran şəxslərin oyunudur. Biz tarladan pambıq toplamırıq ki, kəsirimiz olsun. Son 3 il ərzində 2 milyard manat əlavə vəsait büdcəyə toplanıb. Bu, cənab prezidentin apardığı uğurlu siyasətin nəticəsidir. Bu uğurları görməyənlər kordur və ictimaiyyətə bu cür yalanların səviyyəsinə enmək fikrimiz yoxdur”, - o qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru