Ramiz Mehdiyevin köməkçiləri kimlərdir?

9-03-2021, 20:48           
Ramiz Mehdiyevin köməkçiləri kimlərdir?
AMEA-nın prezidenti Ramiz Mehdiyevin köməkçilərinin sayı və kimliyi məlum olub.

Teref.az xəbər verir ki, Ramiz Mehdiyevin 7 köməkçisi var.

Onun köməkçi heyəti aşağıdakılardır:

1) Eldar Əmirov – AMEA prezidenti katibliyinin rəisi, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent

2) Həcər Vəliyeva – AMEA prezidentinin köməkçisi

3) Arzu Əlizadə – AMEA prezidentinin köməkçisi, kimya üzrə fəlsəfə doktoru

4) Ələddin Məlikov – AMEA prezidentinin köməkçisi, fəlsəfə üzrə elmlər doktoru, dosent

5) Şahin Yəhyayev – AMEA prezidentinin köməkçisi

6) Natiq Allahverdiyev – AMEA prezidentinin iqtisadi məsələlər üzrə müşaviri

7) Toğrul Muradov – AMEA prezidentinin qəbul otağının elmi katibi, riyaziyyat elmləri doktoru, dosent

Qeyd edək ki, Ramiz Mehdiyevin əsas köməkçisi Eldar Əmirovdur. O, 1985-ci ildə Bakıda anadan olub. 2007-ci ildə Bakı Slavyan Universitetində Beynəlxalq münasibətlər və regionşünaslıq ixtisası üzrə bakalavr pilləsini, 2009-cu ildə isə Kiyev Kadrların İdarəedilməsi Akademiyasında Politologiya ixtisası üzrə magistr pilləsini fərqlənmə diplomu ilə başa vurub. /Konkret.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru