Korrupsiyaya görə ən çox şikayət edilən qurumlar - SİYAHI

9-03-2021, 21:51           
Korrupsiyaya görə ən çox şikayət edilən qurumlar - SİYAHI
2020-ci ildə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən vətəndaşların 9,2 min müraciətinə baxılıb.

Bu barədə Nazirlər Kabinetinin 2020-ci ilə dair hesabatında bildirilib.

Bunlardan 4,5 mini ərizə və şikayət kimi, 4,7 min isə Baş İdarədə fəaliyyət göstərən "161-Qaynar xətt” əlaqə mərkəzinə müraciət kimi daxil olub.

Həmin müraciətlər əsasən yerli icra hakimiyyəti orqanları, sosial müdafiə, təhsil, səhiyyə, bələdiyyə, özəl sektor və digər sferaları əhatə edir.

"161-Qaynar xətt” əlaqə mərkəzinə daxil olan müraciətlərin sahələr üzrə bölgüsü belədir:

Daxili işlər orqanları – 779
Yerli icra hakimiyyəti orqanları - 656
Sosial müdafiə - 654
Səhiyyə - 564
Bələdiyyələrin fəaliyyəti – 280
Təhsil – 136
Ədliyyə orqanları - 134
Özəl sahə - 121
"Azərişıq" ASC-nin fəaliyyətilə bağlı - 115
Meliorasiya və su təsərrüfatı - 96
"Azəriqaz" İB - 88
Səfərbərlik - 48
Ekologiya və təbii sərvətlər - 40
Müdafiə - 33
"Azərsu" ASC - 29
Bank sektoru - 28
Kənd təsərrüfatı - 28
Digər - 832

Qeyd edək ki, hesabat yaxın günlərdə Milli Məclisdə müzakirəyə çıxarılacaq.

//Report












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru