Ekspert son 25 ilin ölümlərini araşdırdı:"Azərbaycanda ölüm sayı ötən il 30 faiz artıb"-SOS

10-03-2021, 07:22           
Ekspert son 25 ilin ölümlərini araşdırdı:"Azərbaycanda ölüm sayı ötən il 30 faiz artıb"-SOS
"Ölkənin səhiyyə sisteminə məsul orqanların 2020-ci ildəki demoqrafik vəziyyətlə bağlı cəmiyyət üçün hesabat hazırlayıb təqdim etməsi son dərəcə vacibdir. Müharibədə itkilərimizi nəzərə almasaq belə, 2020-ci ildə ölkədə ölümlərin sayı 30% artıb. Müharibə itkiləri nəzərə alındıqda, artım 35% olub".

Cebhe.info xəbər verir ki, bunu iqtisadçı-ekspert Rövşən Ağayev deyib. R.Ağayev bildirib ki, son 25 ili araşdırıb, bu dövrdə 11 il ərzində ölüm sayı özündən əvvəlki ilə nisbətən azalıb, 14 ildə isə artıb:

"Lakin bu artımların ən yüksək səviyyəsi heç vaxt 5%-i ötməyib (2003-cü ildə). Yerdə qalan illərdə artım dinamikası maksumum 2-2.5% intervalında dəyişib. İndiki 30%-lik son dərəcə kəskin artımdır və rəsmi izah tələb edir".

Ekspert bu statistika ilə bağlı bir vacib məqımı da deyib: "Son 3-4 ildə 65 yaşdan aşağı vəfat edən əhalinin ümumi ölümlərdə payı 40-41% aralığında dəyişsə də, 2020-ci ildə 42.6%-ə yüksəlib. Bu isə cavan əmsalının daha da yüksəldiyini göstərir".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru