Qaxda şübhəli tenderlər... - milyonları udan Rövşən Əliyev kimdir?

10-03-2021, 10:51           
Qaxda şübhəli tenderlər... -
Qax Suvarma Sistemləri İdarəsi martın 9-da 2 satınalma müsabiqəsi keçirib.

Ümumi məbləği 432 min manat olan tenderlərin qalibi Rövşən İsmayıl oğlu Əliyev (VÖEN- 4300406972) olub.
Tenderin şərtlərinə görə, Rövşən Əliyev Qax Suvarma Sistemləri İdarəsinə əsaslı və cari təmir üçün tikinti materialları satacaq.
Rövşən Əliyev ötən il də Qax Suvarma Sistemlərin İdarəsinin keçirdiyi 2 tenderin qalibi olub. Həmin zaman idarəyə satdığı əsaslı və cari təmir üçün nəzərdə tutulan tikinti materiallarına görə Rövşən Əliyevə 475 min manat ödənilib.

Maraqlıdır ki, Rövşən Əliyev keçən il 2 tenderin qalibi olsa da, onunla yalnız bir satınalma müqaviləsi bağlanıldığı açıq məlumat mənbələrində əksini tapıb. Həmçinin, 1 il ərzində Suvarma İdarəsinə az qala 1 milyon manat məbləğində material satan Rövşən Əliyevlə bağlı internet resurslarında heç bir məlumat yoxdur… //qaynarinfo.az//












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru