“Google Play”də 8 təhlükəli mobil proqram

13-03-2021, 08:32           
“Google Play”də 8 təhlükəli mobil proqram
"Google Play"də istifadəçilərin bank məlumatlarını oğurlaya və ya ikimərhələli eyniləşdirməni keçə bilən ən azı 8 təhlükəli mobil proqram aşkar edilib.

Zak Dofman bu mobil proqramları dərhal telefondan silməyə və bank hesablarını yoxlamağa çağırıb.

Day.Az xəbər verir ki, kibertəhlükəsizlik sahəsi üzrə mütəxəssislər bildiriblər ki, "Play Store" mobil proqramlar mağazasının mütəxəssisləri hakerlər tərəfindən müdaxilənin qarşısını bütün mümkün üsullarla almağa çalışırlar, lakin hakerlərin həmişə bir addım irəlidə olması kimi təsəvvür yaranır.

İstifadəçinin "ağıllı" telefonuna istənilən zərərli proqram təminatını yükləyə bilən "Clast82" adlı troyan yeni təhlükə mənbəyidir.

Nüfuzlu "Forbes" nəşri "Google Play Store" mobil proqramlar mağazasında "Clast82" troyan virusu ilə olan zərərli proqramların siyahısını dərc edib:

1.Cake VPN (com.lazycoder.cakevpns)
2.Pacific VPN (com.protectvpn.freeapp)
3.eVPN (com.abcd.evpnfree)
4.BeatPlayer (com.crrl.beatplayers)
5.QR/Barcode Scanner MAX (com.bezrukd.qrcodebarcode)
6.Music Player (com.revosleap.samplemusicplayers)
7.tooltipnatorlibrary (com.mistergrizzlys.docscanpro)
8.QRecorder (com.record.callvoicerecorder)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru