"Boeing" 5.28 milyard dollarlıq kredit razılaşması əldə edib

23-03-2021, 09:18           
"Boeing" 5.28 milyard dollarlıq kredit razılaşması əldə edib
Amerikan şirkəti "Boeing" iki il müddətinə yenilənə bilən 5.28 milyard dollarlıq kredit razılaşması imzalayıb.

Trend-in "Reuters"ə istinadən verdiyi məlumata görə, aviaşirkət tədbiri "COVID-19" pandemiyasının səbəb olduğu ticari hava əlaqələrin uzun müddətli ləngiməsinən əlaqədar maddi sıxıntılardan qorunmaq məqsədi ilə həyata keçirib.

Bundan əvvəl şirkətin bir qrup banka 4 ilə 6 milyard dollar arasında yeni kredit xəttinin açılması ilə bağlı müraciət etdiyi bildirilib.

Əldə edilən razılaşmanın tərəfləri kimi "Citigroup", "JPMorgan Chase Bank", "BofA Securities" və "Wells Fargo Securities" maliyə qrupları tanınır. Müqavilənin vaxtının 19 mart 2023-cü il tarixinədək olduğu qeyd edilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru