Koronavirus müəmması çözülür: İş başa çatdı, ÜST-ün hesabatında nə var? - DETALLAR

29-03-2021, 13:59           
 Koronavirus müəmması çözülür: İş başa çatdı, ÜST-ün hesabatında nə var? - DETALLAR
Xəbər verildiyi kimi, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nümayəndə heyəti bu ilin əvvəllərində koronavirusun vətəni sayılan Çinin Uhan şəhərinə səfər etmişdi.

Artıq səfərin nəticələri ilə bağlı hesabatlar hazırdır. ÜST ekspertləri virusun laboratoriyada hazırlanması barədə versiyaları təkzib edib.

Cebhe.info xəbər verir ki, bu barədə ÜST-ün hesabatı ilə tanış olan “The Associated Press" yazıb.

Bildirilib ki, SARS-CoV-2 virusu insana yarasalar tərəfindən ötürülüb. Ancaq yarasalarla insanlar arasında daha bir “ötürücü" olub ki, bunun da adı dəqiqliklə açıqlanmır. Bununla belə, bu heyvanın panqolin, pişik və ya norka olması mümkündür.

ÜST məhz bu versiyanı "çox inandırıcı" hesab edir və bununla yanaşı, daha 3 versiyanın olduğunu xatırladır.

Birinci versiyanı yarasaların da yoluxması təsdiqləyir. Az inandırıcı versiya virusun qida məhsulları vasitəsilə ötürülməsi olub. Ən az inandırıcı versiya isə virusun laboratoriyadan ehtiyatsızlıq səbəbi ilə yayılmasıdır. ÜST ekspertləri bunu ən az inandırıcı hesab ediblər.

Xatırladaq ki, ÜST ekspertlərinin Uhana səfəri 14 yanvarda başlayıb. Onlar 14 gün karantində qalıb və ancaq bundan sonra fəaliyyətə başlayıblar. Çin beynəlxalq missiyanı ölkəyə ancaq virus yayıldıqdan bir il sonra buraxıb ki, bu da şübhələri artırıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.