Avropalılar hansı avtomobillərə üstünlük verirlər? – Top 10

29-03-2021, 14:32           
Avropalılar hansı avtomobillərə üstünlük verirlər? – Top 10
“Peugeot 208” kompakt hetçbəki 2021-ci ilin fevral ayının nəticələrinə əsasən, Avropa bazarında ən çox satılan model olub. Ümumilikdə avropalılar bu maşınlardan 18375 ədad alıblar.

BiznesMedia bu barədə “JATO Dynamics” araşdırma şirkətinə istinadla xəbər verir.

İkinci yeri satışları 17 120 avtomobil təşkil edən “Peugeot 2008” tutub. Üçüncü pillədə Avropanın 16 185 sakini tərəfindən seçilən “Volkswagen Golf” qərarlaşıb.

Fevral ayının nəticələrinə əsasən, Avropada ən çox satılan modellərin TOP 10-luğuna “Toyota Yaris” (15 467 ədəd), “Fiat Panda” (15 400 ədəd), “Renault Clio” (15 349 ədəd), “Citroen C3” (15 281 ədəd), “Opel / Vauxhall Corsa” ( 14 615 ədəd), “Skoda Octavia” (14 554 ədəd) və “Volkswagen T-Roc” (13 829 ədəd) də daxildir.

Qeyd edilir ki, ən köhnə avtomobillər Şərqi Avropa ölkələrində qeydiyyata alınıb. Litvada avtomobillərin orta yaşı 16,8 il, Estoniyada 16,7 il, Rumıniyada 16,5 il, Çex Respublikasında 14,9 yaş, Xorvatiyada 14,6 ildir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru