Həyəcan: Kürün suyu yenidən şorlaşdı

30-03-2021, 07:04           
Həyəcan:
Kür çayının Neftçaladan keçən hissəsində su yenidən şorlaşmağa başlayıb.

KONKRET.az xəbər verir ki, bu barədə Neftçala sakinləri məlumat verib.

“Bu gün su verilməli idi, lakin bizə bildirdilər ki, Kür yenə şorlaşıb, su olmayacaq. Suyun verilişinin nə vaxt bərpa olunacağı isə bilinmir. Ötən yayda olduğu kimi, bu il də susuz qalacağıq”, – sakinlər bildirib.

Qeyd edək ki, ötən ilin yay aylarında Kür çayında su səviyyəsinin azalması və Xəzər dənizi suyunun çay suyuna qarışması nəticəsində Neftçala şəhəri və rayonun 30-dan artıq kəndinə Kür mənbəyindən içməli suyun verilməsi dayandırılmışdı. Noyabr ayında yeni mənbədən Neftçala şəhərinə içməli suyun verilməsinə başlanılsa da, inzibati cəhətdən şəhərə daxil olan bir neçə yaşayış məntəqəsinə hələ də su verilməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru