Koronavirusa yoluxanların sayı 128 milyonu ötdü

30-03-2021, 11:41           
Koronavirusa yoluxanların sayı 128 milyonu ötdü
Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artaraq 128 milyon 242 min 488 nəfərə çatıb.

Bu barədə “Worldometers” saytı məlumat yayıb.

Qeyd olunub ki, pandemiya qurbanlarının sayı 2 milyon 804 min 370 nəfərdir. İndiyədək 103 milyon 462 min 117 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.

Ümumdünya Səhiyyə Təşkilatının yaydığı məlumata görə, son sutka ərzində 518 201 nəfər koronavirusa yoluxub, 8923 pasiyent ölüb.

Koronavirusa yoluxanların sayına görə ABŞ birinci yerdədir. Bu ölkədə 31 033 801 nəfər virusa yoluxub, 56 206 pasiyent dünyasını dəyişib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru