Hərbi qulluqçumuz hansı şəraitdə həlak olub? - FOTO

30-03-2021, 20:23           
Hərbi qulluqçumuz hansı şəraitdə həlak olub? - FOTO
Azərbaycan Ordusunun hərbi qulluqçusu İlkin Zöhrabov həlak olub. Teref.az bildirir ki, "Report"un soruğusuna cavab olaraq Müdafiə Nazirliyindən bildirilib ki, hadisə martın 22-də baş verib.

Bizimxeber.az bildirir ki, ölkə mətbuatında yayılan məlumata görə, 1 il 6 ayın əsgəri İlkin Ramin oğlu Zöhrabovun hərbi xidmət keçdiyi Kəlbəcər rayonundakı N saylı hərbi hissədə intihar edib.

Mərhumun əmisi Elşən Zöhrabovun verdiyi məlumata görə, İlkinin ölüm xəbərini qulluq etdiyi hərbi hissədən ailəsinə 22 martda veriblər. Lakin yollar qarlı, həva şəraiti əlverişli olduğundan onun nəşini hələ də gətirə bilməyiblər. Elşən Zöhrabov qeyd edib ki, İlkin 3 ay idi ki, ailəsi ilə əlaqə saxlamırdı.

Hərbi hissədən verilən məlumata görə, İlkin məzuniyyətdə olan komandirinin silahı ilə özünə qəsd edib.

“İlkin Vətən Müharibəsi iştirakçısı idi. O, “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilmişdi. Hərbi xidmətdən tərxis edilməsinə isə 8 gün qalmışdı. Qaranlıq, müəmmalı suallar çoxdur. Biz onun intihar etməsinə inanmırıq”, - deyə mərhumun əmisi bildirib.

Məlumata görə mərhumun nəşi hərbi həkim ekspertizasından keçərək bu gün Masallı rayonu Ərkivan qəsəbəsinə gətirilərək dəfn edilib.ğcam Göstər

Faktla bağlı araşdırma aparılır. Allah rəhmət eləsin!












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.