QMİ-dən zəvvarların pulları ilə bağlı MÜƏMMALI açıqlama

2-04-2021, 20:08           
QMİ-dən zəvvarların pulları ilə bağlı MÜƏMMALI açıqlama
Ötən il zəvvarların həcc ziyarəti üçün ödənişləri ziyarətçilərin özlərinə geri verilib.

Bu barədə məlumatı Bizim.Media-nın sorğusuna cavab olaraq Qafqaz Müsəlmanları İdarəsi verib.

Bildirilib ki, pandemiya dövrü olduğu üçün ödənişlər hər kəsin istəyi ilə geri qaytarılıb:

“Bu il isə bizə heç bir ödəniş olunmayıb, çünki Həcc ziyarətinin təşkili ilə bağlı qeydiyyat aparılmayıb”.

“Bəs bu il Həcc ziyarəti olacaqmı?” sualı isə belə cavablandırılıb:

“Əgər QMİ ziyarət təşkil edərsə, bu barədə əvvəlcədən KİV-ə məlumat veriləcək. Hələlik, ziyarətin olması ilə bağlı yeni bir informasiya və dəyişiklik yoxdur”.

Xatırladaq ki, ötən il Azərbaycandan Səudiyyə Ərəbistanına həcc ziyarətinə getmək üçün 1500 nəfərlik kvota ayrılmışdı. Ötən il ziyarətin qiyməti bir nəfər üçün 4490 dollar olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru