Koronavirus daha dəhşətli mutasiyalaşa bilər – XƏBƏRDARLIQ

3-04-2021, 00:05           
Koronavirus daha dəhşətli mutasiyalaşa bilər – XƏBƏRDARLIQ
Prinsipcə hesab edilir ki, koronavirus hələ bir müddət yenə də mutasiyaya uğrayacaq. Baxmayaraq ki, o qrip virusundan 2 dəfə daha az sürətdə mutasiyalaşır. İmmun defisiti yaradan viruslardan da 4 dəfə zəifdir.

Sfera.az xəbər verir ki, bunu həkim kardioloq Yelena Malışeva bildirib.

Nə olursa olsun, Covid 19-un vəzifəsi daha az təhlükəli olmaqdır. O, indi insnaların xəstələnib, sağalmasına istiqamətlənib. Çünki yalnız bu halda virus yer üzündə möhkəmlənə bilər.

"Əgər virus, yəni korona daha ağır, ölümcül ştammda mutasiyalaşsa, yoluxdurduğu xəstəni öldürsə, onda onun yer üzündə ömrü də bitəcək.

Mövcudluğundan bəri koronavirusun 1400 mutasiyası olub. Vaksinlər bunların hamısını öldürür. Antitellər hasil olur və koronavirusu neytrallaşdırır. Rəsmi məlumatlar budur. Yox əgər yaxın gələcəkdə koronavirus ölümcül güclü mutasiyalaşsa, onda ehtiyat etməyə dəyər. Amma tibb hər bir halda mutasiyaya qarşı vaksin üzərində işləməlidir. Bu iş bununla bitmir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru