OPEC+ sazişi üzrə neft hasilatının artırılması 2021-ci ildə tələbatın artması fonunda mülayim görünür

4-04-2021, 08:12           
OPEC+ sazişi üzrə neft hasilatının artırılması 2021-ci ildə tələbatın artması fonunda mülayim görünür
OPEC+ sazişi üzrə neft hasilatının artırılması 2021-ci ildə tələbatın artması fonunda mülayim görünür.

Bunu Trend-ə Fransanın Beynəlxalq və Strateji Münasibətlər İnstitutunun baş elmi işçisi Fransis Perren deyib.

O bildirib ki, OPEC və təşkilata daxil olmayan ölkələrin nazirlərinin aprelin 1-də keçirilən görüşü neft qiymətlərinə müsbət təsir göstərib:

"Brent və WTI markalı neftin qiymətləri 3-4 faiz artıb. "Brent" həftəni 64,84 dollar/barel, WTI 61,45 dollar/barel həddində bağlayıb"

Ekspert bildirib ki, bahalaşma bir sıra səbəblərdən baş verib:

"OPEC+ ölkəlri növbəti dəfə asanlıqla vahid razılıq əldə edə bildilər və bu neft bazarlarına müsbət təsir göstərdi. Təşkilata may, iyun və iyul üçün hasilatı artırsa da, bu 2021-ci ildə tələbatın artması fonunda mülayim görünür. OPEC+ qərarları yaxşı icra olunur, fevral ayında müvafiq qərarın icrası 115 faiz yerinə yetirilmişdi. Bundan başqa, ABŞ və Asiya iqtisadiyyatlarından alınan müsbət siqnallar da pandemiya ilə bağlı mövcud qeyri-müəyyənliyə baxmayaraq müsbət təsirini göstərir".

(Tərcümə: Orxan Nəbiyev)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru