Bir "İskəndər"in izi ilə - Şuşanı kim, necə və haradan vurub?

6-04-2021, 09:20           
Bir "İskəndər"in izi ilə - Şuşanı kim, necə və haradan vurub?
Rusiyalı bloqer Yuri Podolyak YouTube kanalında son günlər rezonans doğuran “İskəndər-M”in Şuşada qalıqlarının tapılması ilə bağlı video hazırlayıb. Videoda üzərinə faktaraşdırıcı missiya götürən bloqer həqiqətdən uzaq olan fikirlər səsləndirməklə Rusiyanın təəssübkeşi kimi çıxış edir. Bununla bağlı analitik Prater “Qız qalası” Teleqram kanalındakı məqaləsində Podolyakın səsləndirdiyi sübutlara cavab verib. Eurasia Diary Praterin məqaləsini təqdim edir:

“İskəndər” mövzusu haqqında yazmaq istəmirdim, amma kinayəli sözlər və xüsusən hörmətli Podolyakın son video təhlili insanı bu mövzuda açıqlama verməyə sövq edir.

İndiki halda savadlı və düşüncəli video bloqer Yuri Podolyak izləyicilərini yola verib - internetdə səslənən şübhələri toplayaraq ən ağlabatan izahatı seçib və bu mövzuda tezbazar video hazırlayıb. Hər gün müxtəlif mövzularda bir neçə video yayımlamalı olduğunuz zaman belə olur. Müharibə dövründə, Podolyak hər gün Qarabağ mövzusuna müraciət edərkən belə şey olmamışdı.

Bundan əlavə, İskəndər mövzusu heç də sadə deyil.

Beləliklə, əvvəlcə Podolyakın dəlillərinə nəzər salaq:

1) Parçalanmış döyüş başlığı olan raket yüksəklikdə partlayır, buna görə belə bir krater meydana gələ bilməzdi.

Bir saniyəlik hərbi ekspert olduğumu unudaq, bəyəm bütün raketlər lazım olduğu kimi partlayır? Raketin yüksəklikdə deyil, yerə dəyərkən partlaması mümkündürmü və Paşinyan raket "10% partladı" deyərkən məhz bunu nəzərdə tuta bilərdimi?

Podolyak özü hərbi ekspert deyil, əks halda partlayış zamanı kraterin meydana gələ bilməsi üçün onlarla mümkün ssenari tapardı.

2) Yüksəklikdə partlayış baş verəndə qırıntılar yüzlərlə metr kənara səpələnənir, yuxarıdan qalıqları tökülür və belədə raket daha əvvəl tapılardı. Onlar mart ayında yox, noyabrda tapılmalıydı.

Bəli, əgər partlayış həqiqətən normal rejimdə baş veribsə. İstənilən hədəfdən yayınma vəziyyəti dəyişir və xatırladaq ki, Paşinyan hər şeyin planlaşdırıldığı kimi getmədiyindən şikayətlənmişdi.

3) Azərbaycanlılar, amerikalılar, türklər “İskəndər”in uçuşunu radar nəzarəti vasitəsi ilə aşkar edərdilər və bu baş versəydi, daha əvvəl bildirərdilər. Amerikalılar bunu mütləq bildirərdilər, çünki bu, Azərbaycan və Rusiya münasibətləri altına qoyulmuş bomba olardı.

“İskəndər”in uçuşunu, məsələn, Elbrus kompleksindən buraxılan P-17-dən ayırmaq mümkündürmü? Xüsusilə raketin buraxılışı 100 km məsafədən olubsa?

Məhz hansının istifadə edildiyi yalnız partlayış yeri öyrənildikdən sonra dəqiq şəkildə müəyyən edilə bilər. Amerikalıların belə bir imkanı yox idi.

İkincisi, vəziyyət yalnız Şuşada tapılan raketlərin M tipli olduğu məlum olduqdan sonra gərginləşdi. Ermənistan Gəncə və Bərdəyə atəş açarkən Rusiyadan aldığı Elbrus, Toçka-U və Smerç-i istifadə etmişdi və bu, Rusiyanın Azərbaycan münasibətlərinə hər hansı bir şəkildə təsir göstərməmişdi. Ermənistanın “İskəndər E”ni Rusiyadan alması və onlardan istifadə etməyə hazır olması çoxdan məlum idi. Bundan əlavə, hələ noyabr ayında, Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisi Movses Akopyan “İskəndər”in istifadə edildiyini demişdi və Artur Danielyan Facebook-da raketin buraxılması ilə bağlı video yayımlamışdı.

Və heç bir qalmaqal olmamışdı, yaxşı ki, erməni tərəfi İskəndərlərindən istifadə etdi, nolsun ki?

“İskəndər”lə bağlı qalmaqal, ilk növbədə, Paşinyanın onların aşağı səmərəliliyi barədə açıqlamasından sonra başladı. İkincisi isə indi “İskəndərlər” M nişanı ilə peyda olanda baş verdi.

Yəni bu ilin fevral-mart aylarına qədər Ermənistan tərəfinin “İskəndər”dən istifadə etməsi məsələsi xüsusi əhəmiyyət daşımırdı. Nəzarət vasitəsi ilə bunun P17 deyil, İskəndər olduğunu müəyyənləşdirmək mümkün deyildi və yerində araşdırma aparılmamışdı, çünki məsələ birinci dərəcəli əhəmiyyət daşımırdı.



4) Nə üçün İskəndər-E varsa, ermənilər İskəndər-M-dən istifadə etsinlər?

Bu milyon dollarlıq sualdır, ancaq bundan ermənilər İskəndər-E-yə sahib olduqları üçün vaxtından tez M-dən istifadə etməyəcəklər kimi birmənalı nəticə çıxarmaq hələ tezdir.

Cavablar araşdırmadan sonra bəlli olacaq, lakin raketlərin ermənilər tərəfindən qanunsuz alındığını iddia edənlər, məhz bu raketlərin istifadə edildiyini deyəcəklər, çünki İskəndər-E Rusiya tərəfindən idarə olunur. Rusiyanın əleyhdarları deyəcəklər ki, M istifadə olunub, çünki raketi Ermənistan deyil, Rusiya buraxıb. Bu, cavab tələb edən suallardan biridir, lakin ona görə bu və ya digər nəzəriyyənin lehinə birmənalı nəticə çıxarmaq mümkün deyil.

Bundan sonra, cənab Podolyak nəticə çıxarır - Azərbaycan, Rusiyanın üzərinə getmək üçün Türkiyənin köməyi ilə Suriyadan raketlərin qalıqlarını gətirib.

Burada anlamalısınız ki, əgər Azərbaycan belə bir şey etmişdisə, Əliyev Rusiyanın apardığı araşdırmanın Şuşadakı bu İskəndər-M-in saxta olduğunu üzə çıxaracağına və münasibətlərin pozulmasının nəticələrini qəbul etməyə hazır olub. Çünki bu cür saxtakarlıqdan sonra Rusiya ilə Azərbaycan, Putinlə Əliyev arasında heç bir etimaddan söz gedə bilməz.

Və Podolyak, ciddi şəkildə Əliyevin bu cür saxtakarlığı dəstəkləyəcəyini və Rusiya-Azərbaycan tərəfdaşlığını pozacağını düşünür. Nəyin naminə? Rusiyanı bir şeydə günahlandırmaq üçün müvəqqəti fürsət kimi? Hansı ki, Rusiya Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyi sadəcə bir açıqlama ilə təkzib edəcək?

Bundan əlavə, Podolyak İskəndərin istifadəsi barədə yalnız Paşinyanın danışmadığını nəzərə almır. Movses Akopyan bu barədə danışıb (və iki dəfə, 19 noyabr və 2 aprel tarixlərində), Serj Sarkisyan, Onik Qasparyan (Aram Qabrelyanovun dediyinə görə) və Artur Danielyan raketin havaya buraxılması videolarını yayımlayıb.

İndi isə jurnalistlər Ermənistanın Baş Qərargah və Müdafiə Nazirliyinin hazırkı rəhbərlərindən açıqlamalar istəyəndə onlar“Azərbaycan saxtakarlıq etdi” deyil, “bu sual dövlət sirridir” cavabını verirlər.

Bundan əlavə, Podolyak, bu qalmaqalın səbəblərindən biri olaraq azərbaycanlıların Rusiya əleyhinə kökləndiyini göstərdi. Ancaq İlham Əliyevin azərbaycanlıları yönləndirmək üçün “İskəndər”ə ehtiyac yoxdur, ona olan inam səviyyəsi o qədər yüksəkdir ki, Rusiyanın düşmən olduğunu söyləməsi kifayətdir, çünki ertəsi gün demək olar ki, hər bir azərbaycanlı Rusiyanı düşmən hesab edəcək.

Tamam, Podolyakın saxtakarlığı başadüşüləndir. Mövzunu daha dərindən bilən Azərbaycan auditoriyasının Şuşaya “İskəndər”lə hücum edilməsi faktı ilə bağlı heç bir sualı yox idi.

Ancaq başqa suallar var:

1) Şuşaya, hücumda “İskəndər-M»dən kim istifadə edib, erməni, yaxud rus hərbçiləri?

2) Bu rus hərbçisidirsə - onlara Putin tərəfindən səlahiyyət verilmişdi?

3) Erməni hərbçisi idisə, İskəndər-M-in ötürülməsinə Putin icazə vermişdimi?

4) Niyə İskəndər-E istifadə edilməmişdi?

5) RF Müdafiə Nazirliyi niyə İskəndərlərin istifadə olunmadığını inamla elan etdi?

6) Niyə bu məsələ ictimailəşdirildi və danışıqlar zamanı Əliyevlə Putin arasında həll olunmadı?

7) Sualın açıq şəkildə qoyulması Rusiya və Azərbaycanın problemli məsələlərdə razılığa gələ bilməməsi deməkdirmi?

Bu gün üçün bu mövzuda söylənilən hər şey fərziyyə olacaq, ancaq ardıcıl şəkildə nəzəriyyəni inkişaf etdirməyə çalışsanız aşağıdakıları alacaqsınız:

Azərbaycanla Rusiya arasında sıx tərəfdaşlıq münasibətləri var, Əliyevlə Putin arasında anlaşma və etimad var. Bunu özləri də bildirdilər və bu, ünsiyyətlərindən açıq şəkildə görünür.

Hər iki ölkənin mövqelərində fərqlər, maraqların toqquşması var, lakin bunlar danışıqlar yolu ilə uğurla həll olunur. Güzəştlər bu günə qədər əldə oluna bilir.

Mövcud vəziyyət heç cür Azərbaycanı Rusiya ilə münasibətlərinə qlobal müstəvidə yenidən baxmağa məcbur edə biləcək hər hansı bir ciddi qarşıdurma və ya dəyişiklik göstərmir.

Yuxarıda göstərilənlərə əsaslanaraq, həmçinin Əliyevin Rusiya üçün həssas mövzuların dərhal ictimaiyyətə çatdırılmaması lazım olduğunu başa düşdüyündən, belə bir nəticəyə gələ bilərik ki, Şuşadakı İskəndər-M qalıqları haqqında məlumat alındıqda, ilk növbədə, Rusiyaya məlumat verilib.

Bəs məsələ niyə ictimailəşdirildi? Bunun iki cavabı ola bilər: 1) Rusiyanın reaksiyası Əliyevi qane etmədi və ictimai ittihamlara qərar verdi. 2) Məsələni ictimailəşdirməyi Rusiya tərəfi tövsiyə edib.

Rusiyanı ictimai ittiham etmək boş şeydir. Rusiyanı hər hansı bir yanlışında günahlandıranlar üçün cavab eynidir - mən mən deyiləm, at da mənim deyil, ancaq raketi Suriyadan siz gətirmisiniz. Günahlandırıblar? Müdafiə Nazirliyi və Xarici İşlər Nazirliyi danışacaq və bunun Suriyadan gətirilən raket olduğunu söyləyəcəklər. Bəs onda Azərbaycan nə edə biləcək?

Əliyev, mahir siyasətçi olaraq, belə effektsiz yolu seçməzdi.

Qalır ikincisi - Rusiya tərəfi məsələni ictimailəşdirməyi məsləhət görüb.

Niyə olduğu bilməzdi. Ancaq bu gün etibarlılığına heç kimin əmin olmadığı, ancaq ortaya çıxan sualların çoxunu izah edən məlumatlar var. Haqqın.az saytındakı bir məqalə barədə danışıram. Biz sizinlə bunun hansı mənbə olduğunu bilirik.

Bu doğrudursa, məntiqli mənzərə ortaya çıxır. Azərbaycan məlumatları Rusiyaya ötürüb. FSB-nin ilkin istintaqı nəticəsində dövlət təhlükəsizliyi sahəsində ağır cinayət faktı aşkar edilib və iş həbslərə və böyük məhkəmələrə gedəcəyindən, kiçik dövlətlərarası qalmaqal şəklində ilkin təkana ehtiyac var.

RF Müdafiə Nazirliyinə gəldikdə. Bəlkə də “İskəndər”lərin qarşıdurmada istifadə olunmadığına inamları məhz “İskəndər-E” üzərində nəzarət etmələrinə görədir. Yuxarıda qeyd etdiyim kimi, radar nəzarəti vasitəsi ilə “Skud”u “İskəndər”dən ayırmaq olmur. Onlara “Scud” tərəfindən hücum edildiyi, bütün İskəndər-E-nin yerində olduğu, məsələnin bağlandığını söylədilər.

İşin təmiz olmaması Ermənistan tərəfinin reaksiyasından aydın olur. Əvvəlcə Movses Akopyanın çıxışından sonra ona hücumlar oldu. Orada da dövlət sirlərindən bəhs edilirdi. Sonra Paşinyanın İsgəndərlə bağlı açıqlamalarına ordunun son dərəcə əsəbi reaksiyası.

Raketlər Gəncənin mülki əhalisini vuranda heç belə bir əsəb reaksiyası olmamışdı. Bu zərbələr etiraf edildi. Və bunun qanuni olaraq Ermənistanda mövcud olan İskəndər-E raketlərinə aid olduğu düşünüləndə bu əsəbilik anlaşılmaz idi.

Ancaq indi zərbənin Ermənistana qanunsuz yolla gətirilmiş ola biləcək İskəndər-M-ə aid olduğu ortaya çıxdıqda, erməni hərbçilərinin gərginliyi başadüşüləndir.

Beləliklə, Karapetyan gözlənilmədən İrəvana gəlib. Görəsən Rusiyaya qayıtmağa cəsarət edəcəkmi?

Vəziyyətin necə inkişaf edəcəyini müşahidə edəcəyik, sonrakı mərhələdə hər şey aydın olcaq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.